dini radikalizm və ekstremizmlə mübarizə

Döyüşə gedəndə gülər igidlər...

Döyüşə gedəndə gülər igidlər...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

Dövlət Xidmətindən bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq aparılır. Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

APA TV-nin çəkiliş qrupu Dövlət Xidmətinin Xətai rayon bölməsində olub. Burada sözün əsl mənasında izdiham yaşanırdı:

Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Nizami rayonu üzrə idarəsindən bildirdilər ki, vətəndaşların böyük əksəriyyəti özləri gələrək könüllü olaraq, döyüşə getmək istədiklərini bildirirlər. Bəzən vətəndaşlara hələlik çağırış üçün təyin olunan kateqoriyaya uyğun olmadıqları bildirilsə də onlar buna etiraz edir, döyüş mövqelərində olmaq üçün səy göstərirlər:

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb edilir. Hərbi vəzifəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər uğurla davam etdirilir.

Oxunub: 350
Oxşar xəbərlər
SON XƏBƏRLƏR