dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanlı bolşeviklər: millətimizi təsiri altına düşdükləri yad-yabançı bir ideologiyanın "düşməni" gözündə görən əsil vətən xainləri


Onların aşdığı yollar fəhləlik mərhələsindən keçirdi. O mərhələ ki, burada bir qrup yad ideologiyanın təbliğatçıları olan agentlərin təsiri altına düşərək böyük xülyalar qurmağa başladılar. Bu boş xəyallar onları öz ağuşuna alaraq boğacaq və tarixin zibilliklərinə atılacaq idilər. Liderləri olan Lenin bunlara yalançı vədlər verərək onları öz milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, millətlərinə, daha doğrusu, öz qan qardaşlarına qarşı qoydu. Rusiyada Romanovlar sülaləsinin çarlıq səltənəti devriləndən sonra qısa müddətdə menşeviklər, daha sonralar isə, bolşeviklər hakimiyyətə gəldilər. Həmin bolşeviklərin içərisində bizim bədbəxt, sadəlövh azərbaycanlı fəhlələr də var idi. Onlar elə düşünürdü ki, nə isə əldə ediblər, lakin təhlükəli bir uçurumun astanasında olduqlarının fərqinə varmamışdılar. Çünki, Leninin təbliğat maşını çox güclü işləyirdi və bu başıboş fəhlələri yoldan çıxmağa imkan vermirdi. Bildiyiniz kimi, 1920-ci ilin aprel ayının 28-ə qədər-Azərbaycanda Şura höküməti qurulana kimi, loru dillə desək, ölkəmizdə bəylərin, xanların, ağaların dövranı idi, fağır kəndçilər də mülkədarların əlindən zülm çəkirdi, hələ bir tərəfdən də aclıq, kasıbçılıq... Bu səbəbdən dolayı, insanlarımız bir xilaskar axtarırdı ki, onları bu səfalətdən qurtarsın. Bolşeviklərə qoşulmuş azərbaycanlılar ölkəyə girərək güya ki, islahat aparırdılar: varlıların bütün var-yoxunu talayaraq rusların hesabına ötürürdülər, öz soydaşlarını Lenin naminə sevərəkdən "Köhnəçi", "Köhnə fikirli adam", "Vətən xaini" və "Xalq düşməni" adı altında dar ağacından asır, güllələyir, sürgünə yollatdırmaqda və yaxalamaqda ruslara kömək edirdilər. Onların övladlarını qara siyahıya saldırır, başlarına min cür oyun açırdılar. Sizcə, bunlar nə demək idi? Bolşeviklər özümüzkilərin əli ilə bizlərə zərbə vururdu. Yaxşı, bəs öz soydaşlarını "Vətən xaini" adı altında öldürən azərbaycanlı bolşeviklərin sonu necə oldu? Sonra, onların özlərini aparıb güllələdilər. Onların içərisində yalnız Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov, Nəriman Nərimanov və İmam Mustafayev qeyrətli çıxdı. Yerdə qalanlar isə azərbaycanlı ola-ola öz soydaşlarına, qandaşlarına düşmən gözü ilə baxırdılar. Sanki, Lenin bunları əkib-doğmuşdu... Leninə, Bolşevizm ideologiyasına görə öz valideynlərini belə öldürməkdən və onlara "Siz düşmənsiniz!" deməkdən də çəkinmirdilər. Kommunist ideologiyası, baxın, belə bir alçaq sistem idi. Onun ölkəmizdən tamamilə silinməsinə baxmayaraq, yenə də arada-sırada ictimai yerlərdə bu cür düşüncədə olan adamlara rast gəlirik. Bu yad düşüncə, yabançı təfəkkür, gərəkdir ki, həmin adamların beynindən silinə. Bolşeviklər "bərabərlik" adı altında hər bir kəsi fəhlə kimi özləri üçün işlədirdilər. Əgər, həqiqətən də, bərabərlik yaxşı səslənirdisə, o zaman, hər kəs fəhləlik yox, elə yeyib-içib kef edərdi. Lakin belə deyildi. O dövr üçün deyirəm, məqsəd Azərbaycan xalqını, türk övladlarını qul kimi gecə-gündüz çalışdırmaq və heyvan kimi işlətmək idi. Hələ insanları axmaq fikirlər fonunda bir-birinə qarşı qoyur və düşmən edirdilər. Məsələn, "Yeddi oğul istərəm", "Axırıncı aşırım" kimi filmlərə baxanda görürük ki, bizimkilərin necə də beynini doldurmuş və öz xalqımıza qarşı düşmən mövqedə qoymuşdular. Misal üçün, "Yeddi oğul istərəm" filmində Mirpaşa adlı bir bolşevik soydaşımız SSRİ-nin bayrağını evin üstünə asmaq istəyən adamı vuran kəndlinin bədəninə 5-6 güllə vurur, hələ də ürəyi soyumur. Görün, qardaşlarımız yad bir ideologiyanın simvolu olan bayrağın vətənimizin başı üzərində dalğalanması üçün bir-birlərini belə öldürməkdən vaz keçməmişdirlər. Bu günləri də yad-yabançı və milli adət-ənənələrimizə zidd olan ideologiyalara sevə-sevə qulluq edən, rusun, ingilisin, fransızın, ərəbin, farsın, yəhudinin qucağında oturmağa hər an hazır olan "soydaşlarımız" vardır. Amma o südüpozuqlar, naqislər, nanəciblər, milli kimliyi bəlli olmayanlar, qanında türk qanı olmayanlar bilsinlər ki, bu vətənin elə igid, mərd və fədakar oğulları vardır ki, bu torpağın bir qarışını belə itə-köpəyə yedirtməzlər və o satılmış xainləri param-parça edərək itlərə yedizdirərlər. Yadda saxlayın ki, bizlər rus, kommunist, bolşevik və s. deyilik. Bizlər türk oğullarıyıq, heç bir kimsəyə qarışacağımız, calağımız və bağlılığımız yoxdur. Bizlər elimizin ağsaqqalı olan Dədə Qorqudun ocağından çıxmışıq və bir vətənsevər türk övladı kimi onun vəsiyyətlərinə də sözsüz-söhbətsiz, şəkk-şübhəsiz, kişi kimi əməl etməliyik! O zaman, əcdadlarımızın da, şəhidlərimizin də müqəddəs ruhu şad olar, inşallah!

Ərtoğrul Aypar

Oxunub: 559
Oxşar xəbərlər
SON XƏBƏRLƏR