dini radikalizm və ekstremizmlə mübarizə

Mais Səfərli media haqqında öz fikirlərini sosial mediada paylaşdı


Yurisprudensiyaya görə,demokratik hüquqi dövləti xarakterizə edən başlıca əlamətlərdən biri hakimiyyətin bölünməsi prinsipidir. Bu anlayışa görə, belə dövlətlərdə hakimiyyətin yönəldilməsi bir əldə cəmlənmir. Dövlət hakimiyyəti üç müstəqil qola bölünür:qanunvericilik, icra və məhkəmə hakimiyyətləri. Onlar biri digərindən asılı olmur,lakin bir-birlərinə qarşılıqlı nəzarət edirlər. Bununla belə, müasir dövrdə ən demokratik dövlətlər azad sözə, müstəqil mətbuata yaşıl işıq yandıranlar,bütün qapıları onların üzünə açanlar hesab edilirlər. Belə cəmiyyətlərdə mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Çünki azad mətbuat həm də ictimai nəzarət deməkdir.
Müstəqillik salnaməsi cəmi 30 ilə yaxın bir tarixi əhatə edən Azərbaycanımızda bu gün qəzetlərin,nəşrlərin, televiziyaların,saytların və digər informasiya orqanlanlarının sayı- hesabı yoxdur. 30 il əvvəl çörək qıtlığı, su,yağ, işıq, qaz..qıtlığı ilə yanaşı, söz qıtlığı da var idisə, indi sözdən boluq. Bolluq,hər halda, qıtlıqdan daha yaxşıdır.
Düzdür, bol sözlərin heç də hamısı gerçəkliyi əks etdirmir. Doğru olanı da var, yalan olanı da. Ədalətli olanı da var,qərəzli olanı da. Düşündürəni də var, yandıranı da...Əslində, demokratiya elə budur da. Jurnalistlər istədiklərini yazsınlar, insanlar istədiklərini desinlər - azadlıq budur,azad söz budur. Başlıcası, demokratiya insanları söylədiklərinə görə yarğılamağı əsla qəbul etmir!
Bu gün Milli Mətbuat Ğünüdür. Sözün, qələmin bayramıdır. Əsası 145 il bundan əvvəl Həsənbəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanımızın milli mətbuatı çox zəngin və mürəkkəb inkişaf yolu keçmişdir. Mətbuatımız milli şüurun,mədəniyyətin və dəyərlərimizin formalaşmasına,inkişafına güclü təkan vermişdir. Müstəqilliyimizin bərpa olunmasında,milli dövlətçiliyimizin inkişafında,milli məfkurənin formalaşmasında çağdaş mətbuatımızın rolu əvəzsizdir.
Bu gözəl gün münasibətilə bütün jurnalistlərimizi, informasiya sferasında çalışan işçiləri ürəkdən təbrik edirəm. İnanıram ki, jurnalistikamız ictimai fikirdə 4-cü hakimiyyət statusuna layiq olacaqdır. O gün uzaqda deyil. Ölkəmizdə aparılan siyasi islahatlar da buna ümid verir.

Oxunub: 415
Oxşar xəbərlər
SON XƏBƏRLƏR