dini radikalizm və ekstremizmlə mübarizə

Xəbər saytlarının rəhbərlərinə, jurnalistlərə və soydaşlarımıza müraciətim


Əziz həmvətənlilərimiz və dəyərli həmkarlarım. Son bir neçə gündə Vətənimiz çox gərgin günlər yaşayır. Bilirsiniz şəhidlərimiz və yaralılarımı var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza isə şəfa versin.
Qəlbində vətən eşqi olan hər kəsin əsəblərinin gərgin olduğunu bilirik.
İlk çağırışım media nümayəndələrinədir, əziz həmkarlarım xahiş edirəm, insan kütləsinin hara toplanması haqqda məlumat yazmayın. Xəbərlərin yazılmasına çox diqqətli yanaşın. Video sujetlər paylaşarkən yerli sakinlərin hansı istiqamətə toplanması haqqda məlumat verməyin.
Sizlərin kiçik bir səhvi nəticəsində yüzlərlə şəhid verə bilərik. Dinc sakinlərin videoları əsasında insanların toplansığı məkanı təyin edə bilərlər. Ondan yararlanan düşmən yüzlərlə günahsız insanların ölümünə səbəb ola bilər. Dinc sakinləri belə bir təhlükədən qorunmağın yolu isə sadəcə çox diqqətli olmaqdır. Bu haqqda hər kəs bir-birinə məlumat verərək qardaş və bacılarımızı qoruya bilər.
Dəyərli Azərbaycan xalqı, sosial mediada, cəbhə bölgəsindən sizinlə əlaqə saxlayan doğmalarınızla bölüşdüyünüz məlumatlar haqqında yazmayın. Telefon danışıqlarınıza belə çox diqqətlə yanaşın. Çox xahiş edirəm cəbhə bölgəsinə yaxın yaşayan sakinlər çalışın internetdən istifadə edərkən məlumat verməyin hərbiçilərimiz haqqında danışmayın. Texnika texnoloğiya dövrüdür indi elə qurğular var ki, cəbhə bölgəsinə yaxın ərazilərin telefonlarına qoşularaq məlumatlarınızı hər an ələ keçirə bilərlər. Bəlkədə siz ciddi görünməyən sadə bir cümlənizdən yararlanaraq hərbiçilərimizin, xalqımızın, dövlətimizin əlehinə istifadə edə bilərlər. Axı bilirsiniz ki, düşmən tülkü kimi hiyləgərdir.
Allah tezliklə bizə qələbə sevincini yaşamağı nəsib etsin.

Almaz İlahə

Oxunub: 687
Oxşar xəbərlər
SON XƏBƏRLƏR