dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda İLK: Yanacaqdoldurma məntəqələrində YENİLİK

Azərbaycanda İLK: Yanacaqdoldurma məntəqələrində YENİLİK

E-PUL ödəmə xidməti və VISA Azərbaycanda “Lukoyl” yanacaqdoldurma məntəqəsində QR-kod texnologiyası əsasında ilk ödəmə xidmətinin işə salınacağını elan ediblər.

Bunu E-PUL ödəmə xidməti hüquqi mülkiyyətçisi olan “PaySis” şirkətinin baş direktoru Samir Nəsibov deyib.

Onun sözlərinə görə, bu xidmətin üstünlüyü ondan ibarətdir ki, istehlakçıya POS-terminal lazım olmur, operatorun isə terminalla sürücüyə yaxınlaşmaq zərurəti yaranmır və beləliklə, fiziki təmas olmur:

“Biz “Lukoyl” və trans-milli VISA şirkəti ilə birgə Azərbaycanda ilk olaraq istehlakçılara QR-ödəmə xidməti təklif etdiyimiz üçün qürur duyuruq. Bu, nağd vəsaitlərdən daha az asılı olmaqla rəqəmsal iqtisadiyyata keçidə xidmət edəcək”.

S.Nəsibov bildirib ki, istehlakçılar “Lukoyl” yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın dəyərini rahat şəkildə ödəyə biləcək. Bunun üçün E-PUL tətbiqini yükləmək, qeydiyyatdan keçmək və plastik kartı təhlükəsiz mobil tətbiqə bağlamaq lazımdır. Operator kassada çeki qeydiyyata aldıqdan sonra, yanacaq qurğusunda quraşdırılan QR-kod vasitəsilə skan edilir və mobil tətbiqdə tələb olunan məbləğ göstərilir. Ödəmə məbləği bir toxunuşla avtomatik olaraq kartdan silinir, istehlakçılar ödəmə barədə məlumatları E-PUL tətbiqində ödəmə tarixçəsində izləyə bilərlər. //KONKRET.az

Oxunub: 432
Oxşar xəbərlər
SON XƏBƏRLƏR