dini radikalizm və ekstremizmlə mübarizə

TƏHSİL NAZİRLİYİNİN LAQEYİDLİYİ TƏLƏBƏLƏRLƏ POLİS QARŞIDURMASI YARADIR


Təhsil nazirliyinin əməkdaşlarının laqeyidliyi vətəndaş qarşıdırması yaradır. Hər bir şətinliyin çıxış yolu ərazi üzrə polisin çağırılması ilə bitir.
Və insanlarda polislərə qarşı nifrət yaradır. Amma onuda etiraf edək ki, onlar da öz üzərilərinə düşən vəzifəni həyat keçirir.
Azərbaycan gənciliyənə qarşı belə kobudluq olmaz ay DİN əməkdaşları. Mən etiraf edəcəm ki, yoruldum sizin kobudluqlarınıza malakeşlik etməkdən. Axı sizində övladlarınız belə durumla qarşılaşa bilər. Cənab prezident gənclərə diqqət və qayğıyla yanaşır. Bu gənclər dərdini deməyə gəlibsə Təhsil nazirliyinin əməkdaşları onları qarşılamalı təklif və iraqlarını dinləməlidir. Bir problemin həlli qarşılıqlı şəkildə danışıqlardır. Maşına kobud şəkildə salınan gənclər gələcəyimizdir. Onlar səni, məni, bizi qoruyacaq əsgərdirlər. Qızlar evinizin gəlini olacaq övladlardır.
Bu kimi durumlarda sabitliyi qoruyub saxlamağın yeganə yolu qarşı tərəfi dinləməkdir. Bu tələbələr dərdini Təhsil nazirliyinə deməlidir hər halda, meyvə-tərəvəz bazasına getməməlidir ki? Zəhmət çəkib öz işlərinə məsuliyyətlə yanaşsınlar. Əhaliylə , vətəndaşlarla polis qarşıdurmasının ilkin günahkarı öz işini bilməyənlərdir. Zamanında o tələbələr qəbul olunsaydı heç bir narazılıq və qarşıdurmada olmazdı, polislərdə bu kimi durumla qarşılaşmazdılar.
Təhsil nazirliyində bir məsul şəxs o tələbələri dinləyə bilməzdimi???
Bu qurumların işinin həlli yolu polis olacaqsa nədən o qədər insan ordan əmək haqqı alır?
Tələbələr kimə müraciət etməlidirlər???

Oxunub: 436
Oxşar xəbərlər
SON XƏBƏRLƏR