dini radikalizm və ekstremizmlə mübarizə

Anası tərəfindən aldadılaraq ərə verilən qızın taleyi


Dünən mənə tanımadığım bir şəxs 17 yaşlı qızının öz anası tərəfindən Türkiyəyə gəzmək adı ilə aparılaraq Çorum şəhərində məcburi ərə verib və qarşılğından oğlandan pul aldığı bildirildi. Toydan sonra 17 yaşlı qızın əlinə fürsət düşən kimi atasına mesaj yazıb." Ata məni qurtarın. Anam və Təranə adlı bir qadın məni Çorum şəhərinin ucqar bir kəndinə ərə veriblər. Burda hər gün zülmə məruz qalıram..."
Və dərhal Ankaray Oktay Hacimusali Musayev dəstək olmağı xaiş etdim. Oktay isə İstanbul da fəaliyyət göstərən Dünya Azərbaycanlıları Yazarlar və Medya Derneyi qurucu Basqani Kebuter Hakverdiyə müraciət etməyi məslət gôrdu..
Dünən gunorta təxmini 14:00 da Kebuter xanıma məslə ilə bağlı müraciət etdim, qızın kimliyi hakkinda məlumatı verdim.
Artiq gece saat 23:00 radələrinə kimi qızın yâşadıği ünvan müəyyən edildi və
Çorum Jandarması ilə bağlantı quruldu. Jandarmanın əməkdaşları məlumat üzərinə hərəkətə keçərək Azərbaycan vətendaşı olan və gizli şəkildə evlğndirilərək kənddə saxlanan qızı yaşadığı ünvandan aldı.
Emniyət müdürü olaraq təqaüdə ayrılan, MHP Millət vəkili adayı Ləman xanımln yardımı ilə dəqiq plan və təcili əməliyyatla tutulduğu evdən alınan soydaşımız həkim müayinəsindən sonra miqrasya şöbəsinə təhvil veriləcək. Daha sonra Azərbaycana deportasiya ediləcək. Olayla bağlı Azərbaycan Türkiyə səfirliyi və DIN qadın sığınma mərkəzi məlumatlandırılib.
Bütün Media və QHT əməkdaslarını bu hadisənin işıqlandırmağa və gündəmə gətirməyə cağırıram. Belə hallar az deyil, hər gün belə xəbərlər esidirik, Azərbayacan qizların pul qarşılığında satilaraq Arvad edilməsi artiq adət halına gəlib.. nəticədə qızlar dözə bilmirlər ya özlərinə qəsd edirlər, yada " ərləri" tərəfindən öldürülürlər.... QHT və Media nümayəndələrindən xahiş edirəm bu və bu kimi məsələləri gündəmə gətirsinlər..bu günün mövzusu elə məhz bu olmalıdır...
Sonda öz adimdan Kəbutər xanima, Ləman xanıma Türk polislərinə, öz dərin təşəkkürümu bildirirəm...

Qabil Ədalət

Oxunub: 418
Oxşar xəbərlər
SON XƏBƏRLƏR