dini radikalizm və ekstremizmlə mübarizə

Dünyada koronavirusa yoluxanların sayı 5,3 milyonu ötüb


Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 100 mindən çox artaraq 5,3 milyonu ötüb. Ümumilkdə 342 mindən çox insan ölüb.

Djb.az-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın son məlumatına görə, son bir gündə 100264 yeni COVID-19 hadisəsi qeydə alınıb, 4422 xəstə ölüb.

Beləliklə, dünya üzrə yoluxma hallarının ümumi sayı 5304772, ölənlərin sayı isə 342 029 nəfərdir.

Ən çox yeni virusa yoluxma ABŞ-da qeydə alınıb – 2395295 nəfər.

Oxunub: 432
Oxşar xəbərlər
SON XƏBƏRLƏR