dini radikalizm və ekstremizmlə mübarizə

Prezidentin işdən çıxardığı 19 illik icra başçısı — DOSYE


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Ölkə.Az" xəbər verir ki, N.İsmayılov 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Sabiq icra başçısı buna qədər Göyçay, Şamaxı və Sabirabad rayonlarında 18 il icra başçısı kimi çalışıb.
N.İsmayılov 1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qeyd edək ki, icra başçısı və onun oğlu Anar İsmayılov barəsində mətbuatda müxtəlif zamanlarda tənqidi məlumatlar yer alıb. Belə ki, icra başçısısın oğlunun xaricdə mülk sahibi olması, bahalı maşınlar əldə etməsi haqda dəfələrlə xəbərlər paylaşılıb.

Oxunub: 529
Oxşar xəbərlər
SON XƏBƏRLƏR