dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏRƏFLİ YOLUN YOLÇUSU


Bu gün oxuculqrıma qısa da olsa, amma ağır bir yol keçmiş bir zabit ailəsindən yazıram.

1905-çi ildə Abuzərlilər ailəsi 13 nəfərdən ibarət idi, ata, ana və 11 oğul. həmin illərdə onlar o İçmədzinin Zeyvə kəndində rahat yaşayırdılar. Həmzə dayı ailədə sayca 9-cu övlad idi. 1905 ci ildə 12 yaşda olan bu balanın ən ağır günləri də bu ildən başlayır.
Həmin il, erməni daşnakları Azərbaycanlılar yaşayan kəndlərə silahlı hücumlar edərək, dinc sakinləri vəhşicəsinə qətlə yetirirdilər. Daşnakların növbəti hədəfi Zeyvə kəndi oldu, Abuzərlilər ailəsi özlərini, vəhşiləşmiş daşnaklardan qorumaq üçün əllərində olan hər bir alətlərdən istifadə edirdilər, əlbəyaxa savaş zamanı erməni daşnakları 13 ailə üzvlərindən 10 nəfərini vəhşicəsinə qətlə yetirirlər.
Erməni daşnakları Zeyvə kəndini tərk edəndən sonra, 12 yaşlı Həmzə 2 kiçik qardaşları ilə birgə atasını, anasını və 8 qardaşlarını öz əlləri ilə qazılmış torpaqa dəfn edəndən sonra doğma kəndini tərk edirlər. Hara getdiklərini bilməyən üç qardaş gecə və gündüz yol gedirlər. Sən demə 12 yaşlı Həmzə balanı daha bir itki gözləyirmiş (( yolda soyuqlamış ailənin son beşiyi rəhmətə gedir, onlar kiçik qardaşını yolun qırağında dəfn edəndən sonra yenidən yoluna davam edirlər, bir neçə həftələrdə sonra iki qardaş Gəncə şəhərinə çatırlar.
18 yaşına kimi imkanlı adamların qapılarında işləyib özlərini təmin edirdilər və eyni zamanda bəzi savadlı adamlardan dərs alırdılar. Sonda isə hər iki qardaş Ali təhsil alır. 1941-çi ildə isə böyük vətən müharibəsi başlayır, qardaşların hər ikisi döyüşə aparılır. Müharibə zamanı Həmzə öncə leytenant rütbəsinə alır, müharibə bitəndə isə kapitan rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılır və ona doğma olan Gəncə şəhərinə qayıdır. Orda da Xurşud xanım ilə ailə həyatı qurur. Allah bu ailəyə üç qız və üç oğul övladı bəxş edir. Onu da deyim ki, Həmzə Abuzərli uzun müddət Gəncə İnternat məktəbin direktor olub və işlədiyi müddət ərzində dövlətimiz tərəfindən orden və medallar ilə təltif olunub.
Şəkildə hərbi formada olan, onun kiçik oğlu kapitan, Qarabağ müharibəsinin qazisi Abuzərli Rafail Həmzə oğludur. Burada bir atalar misalını xatırlatmaq istəyirəm Şərəfli atamın yolunu gedən övlad üçün deyirlər "Ot kökü üstə bitər."

Mirmais Mirəzizoğlu


Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR