dini radikalizm və ekstremizmlə mübarizə

Ümumrusiya Azərbaycanlıları İttifaqının bir ili tamam oldu


Dünyaya gələn hər bir insan ömür yolu ilə birgə doĝulur. Hər bir insanın ömür yolu onun alın yazısıdır. Kiminin ömür yolu hamar, ağrısız, acısız keçər kiminin ömür yolu daşlı-kəsəkli, qanlı-qadalı.
Amma Allah səbrlə çətinlikləri dəfh edən hər kəsin mükafatını verər.
İnsan anadan olduĝu gündən öz ömür yolunun izinə düşərək yol gedər. Hər birimiz Ulu tanrının bizə qismət etdiyi, alnımıza yazdıĝı yolla gedirik. Oda beləcə bir yola çıxdı, hər bir insan kimk çətinlikləri də az olmadı. Uğurları üçün az əziyyət çəkmədi. Bu gün kənardan izlənərək möhtəşəm görünüşə sahib bir insanın qayğıları bu həyatda az olmadı. Onunda özünə görə dərdi, özünə görə problemi az olmadı. Hər kəs səhərə kimi şirin yuxu uyuyarkən o, səhərə kimi qarşısına tökdüyü kağızlarla mücadilə apardı. Yüzlərlə işçisi olsada, öz işini özü aparmağı sevdi. Belə olmasaydı bu gün iş adamı olmazdı. Yüzlərlə insanlara yardım əlini uzada bilməzdi. Bu qazandığı vəsait də, uğur da onun hər yuxusuz gecəsinin bəhrəsidir.
Bir il bundan öncə Rusiyada yaşayan azərbaycanlılar bir araya toplaşaraq "Ümumrusiya Azərbaycanlıları İttifaqı" yaratdılar və prezidenti Fizuli Məmmədovu seçdilər. Artıq bu gün bir ili tamam olan RAİ-nın prezidentinin atdığı addımları tam izləyən və media rəhbəri olaraq mütəmadi işıqlandırdığım üçün tam əminliklə gördükləri işlərdən, uğurlarından söz aça bilərəm. Rusiyada diasporalarla gördükləri nailiyyətlər. Azərbaycanın torpaqları uğrunda canını qurban verərək əlillik, qazilik qazanan igidlərimizə hədiyyə verdiyi evlər. Qazilərimizin xarici dövlətlərdə mualicələri onun gördüyü işlərdən mində biridir.
Son aylar Dünyanı zəbt edən koronavirus pondemiyası ilə mübarizə apardığımız bir zamanda Moskava və rusiyanın bir çox şəhərlərində etdiyi yardımlar. F. Məmmədovun göstərişi ilə hava limanında günlərlə qalan soydaşlarımıza göstərdiyi diqqət və qayğı nir daha onun nə qədər Vətənə bağlı olduğunu göatərir. Azərbaycadakı yardımçısı Şəhid qızı Nərminə Cəfərova və qazimiz Elnur Fərzəliyevin vasitəsi ilə az təminatlı və şəhid ailələrinə etdiyi yardımlar. Həmkatımız Zaur Qəriboğlunun təşkilatçılığı ilə göstərilən yardımlar. Lənkəran şəhərində yaşayan aztəminatlı ailələr edilən yardımlar və s...
Bu saydıqlarım sadəcə bu gün bir çoxlarının gördükləridir. Amma onun görünməyən atdığı addımlarından yüzlərlə misallar çəkə bilərəm.
Bu gün bu yazdıqlarıma isə Fizuli Məmmədovun ehtiyacı yoxdur. Çünkü xalqını, dövlətini, millətini sevən hər bir şəxs öz imkanı daxilində bacardığını etməlidir.

P.S. "Rusiya Azərbaycanlıları İttifaqı"nın 1 yaşı olması münasibəti ilə başda Fizuli Məmmədov olmaqla bütün kollektivi Djb.az xəbərlər və informasiya portalının kollektivi adından, Vətənpərvər Ələsgər Həkimov adından, Kazaxstan RS. TURAN Cəmiyyətinin və Ümumrusiya Azərbaycanlıları İttifaqının üzvü Bəxtiyar Məsimovun adından səmimi qəlbdən təbrik edir və ona qarşıdakı illərdə də belə əzmlə çalışmağı arzulayırıq.

ALMAZ İLAHƏ

Oxunub: 640
Oxşar xəbərlər
SON XƏBƏRLƏR