dini radikalizm və ekstremizmlə mübarizə

Qazi və müharibə veteranlarını heyvan sürüsünə bənzədən icra başçısı kimdir?


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şanlı
Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsində sağlamlığını itirmiş ll qrup əlil Elməddin Rüstəmov deyir:
"Beyləqan rayon icra hakimiyyəti başçısı Asif Ağayev başqalarının adına açdığı MMC ilə bələdiyyələrin balansında olan bütün torpaqları əkərək özünə əlavə qazanc yeri edib..." Müraciəti zamanı Beyləqan İcra hakimiyyətinin başçısı Asif Ağayev Elməddin Rüstəmova ilk dəfə qəbul edərkən 20 hektar bambığ əkini üçün olan torpağın istifadəsi üçün ona icazə verməsinə baxmayaraq. Bir müddət sonra torpağı geri almaq üçün qərar qəbul edir. Elməddin Rüstəmov isə torpağın şumlanması üşün xeyli vəsait xərcləmişdir. E. Rüstəmov bu haqqsızlığa aydınlıq gətirmək üçün təkrar icra başçısı Asif Ağayevin qəbulunda olduqda A. Ağayev demişdir : "Sizin kimi qazilər, müharibə veteranları və əlillər sürü ilədir" bu misralarla vətən yolunda canını qurban vermiş qazimiz və torpaqlarımızın bütövlüyü uğrunda yarıcan olmuş hərbiçilərimizin təqqir olduğunu söyləyən qazi. Cənab prezident İlham Əliyevə, DTX rəisi Ə. Nağıyevə, Ambusman aparatına və bir çox əlaqədar təşkilatlara ərizə ilə müraciət edərək azərbaycan ordusunun əsgər və zabitlərini heyvan sürüsünə bənzədən başçı haqqında ölçü götürülməsini xahiş etmişdir. Onuda da qeyd edək ki, ll qrup əlil Elməddim Rüstəmov aldığı sarsıntıdan ağır vəziyyətdə Nəsimi rayonu 1 saylı Kliniki Tibb Mərkəzində karfioloğiya şöbəsində 25.02.2020 ci ildən 22.03.2020 ci il tarixə qədər 27 gün həkimlərin nəzarəti altında müalicə olunmasına baxmayaraq hələdə xəstəliyi davam edir.

P.S. Elməddin Rüstəmov ailədə sayca üçüncü əlildir. O aprel döyüşləri zamanı cəbhənin cənubunda düşməndən azad edilən zirvəyə ilk ayaq basan qrupun üzvüdür. Başından aldığı güllə yarası əlbəyaxa döyüş növü üzrə dünya və Avropa çempionunun sağlamlığına balta çalıb. Amma onu Vətən olan imanından zərrə belə qopara bilməyib. Amma indi...
"20 hektar bələdiyyə torpağında pambıq becərərək ailəsini saxlamaq və mütəmadi xəstəliyi üçün vəsait qazanmaq istəyən qurur hissini nizə yaşadan qazimizə qarşı edilən haqqslığa əlaqədar təşkilatların göz yummayacağına əminik.
Onu da nəzərə çatdıraq ki, Elməddin Rüstəmov Beyləqan rayon Birinci Şahsevən kənd sakinidir.

A. Davaxan


Oxunub: 2 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR