dini radikalizm və ekstremizmlə mübarizə

2020-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri


SOCAR 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton1 neft, 1,8 milyard kubmetr2 qaz hasil etmişdir. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 milyard kubmetr3 , neft hasilatı 9,3 milyon ton4 təşkil etmişdir. SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib.
SOCAR 26 min metrə yaxın5 , o cümlədən mart ayında təqribən 9 min metr6 həcmində qazma işləri həyata keçirib.

2020-ci ilin ilk üç ayında SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 1,5 milyon tondan7 çox məhsul istehsal olunub. Qaz Emalı Zavodunda isə həmin dövr ərzində 1,1 milyard kubmetr8 qaz emal edilib. Həmçinin SOCAR-ın Azərikimya İB-nin müəssisələrində 167 min tona yaxın9 xammal emal olunaraq, müvafiq məhsullar istehsal edilib.

Cari ilin birinci rübündə SOCAR tərəfindən ölkədən 5.4 milyon tona yaxın10 xam neft ixrac olunub. Ümumilikdə rüb ərzində ölkədən 3,5 milyard kubmetr11 həcmində təbii qaz ixrac olunub. Ölkə daxilində qazın faktiki istehlak səviyyəsi isə 4,1 milyard kubmetr12 təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub. Neft emalı və neft-kimya məhsullarının ixracı isə yanvar-mart aylarında təqribən 534 min ton13 təşkil edib.

Hesabat dövründə xarici bazarlara 94 min tona yaxın14 metanol, 43 min tona15 yaxın karbamid ixrac edilib. “SOCAR Polymer” tərəfindən istehsal olunan polimer məhsulları artaraq 49 min tondan artıq16 olmuş, bunun da 43 min tondan çoxu 17 , yəni 89%-i ixraca göndərilmiş, 5%-ə yaxın hissəsi18 isə daxili bazarda reallaşdırılmışdır.

Bu ilin birinci rübü üzrə SOCAR-ın istehsalat göstəricilərində nəzərə çarpan əsas dəyişiklik budur ki, şirkət xam nefti və təbii qazı daha çox ölkə daxilindəki emal müəssisələrinə yönləndirib. Başqa sözlə, hasil olunan məhsulun artıq xammal kimi ixrac edilməsi azalmış, həmin xammaldan kimya məhsullarının istehsal səviyyəsi isə yüksəlmişdir. Xammal SOCAR-ın kimya müəssisələrində yüksək əlavə dəyərə malik olan kimya məhsulları halına gətiriləndən sonra daxili bazarda reallaşdırılır və ixrac olunur.

1 - 1.921.198 ton

2 - 1.814.130.000 kubmetr

3 - 9.991.314.000 kubmetr

4 - 9.305.012 ton

5 - 25.566 metr

6 - 8.933 metr

7 - 1.542.190 ton

8 - 1.124.710.000 kubmetr

9 - 166.607 ton

10 - 5.390.065 ton

11 - 3.536.763.000 kubmetr

12 - 4.136.777.000 kubmetr

13 - 533.613 ton

14 - 93.562 ton

15 - 42.996 ton

16 - 49.105 ton

17 - 43.466 ton

18 - 2.265 ton

Oxunub: 502
Oxşar xəbərlər
SON XƏBƏRLƏR