Dövlət Yol Polisinin (DYP) Mingəçevir bölməsi şəhərin müxtəlif ərazisində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sükan arxasında olan qadın sürücüləri və piyadaları təbrik edib. Belə ki, bölmənin əməkdaşları tərəfindən onlara tər çiçəklər hədiyyə olunub. Günortaya qədər 20-dan artıq qadın sürücü belə sürprizlə qarşılaşıb.
YPX əməkdaşları sürücü xanımları saxlayaraq həmçinin onlarla maarifləndirici söhbətlər də aparıblar. apararaq bayram münasibətilə hər hansı cərimə tətbiq etməyəcəklərini bildiriblər. Qeyd edək ki,bu da aparılan maarifləndirmə işlərinin nəticəsidir. Azərbaycanda son illər xanım sürücülərin sayı artmaqdadır. Xanım sürücülər arasında nə qədər kobud qayda pozuntularına yol verənlər olsa da, nizam-intizamı ilə seçilən sürücülər daha çoxdur. Mingəçevir Yol polisi bölməsinin rəisi Cəmşid Abbasov bildirdi ki,” biz yol polisi olaraq bütün xanım sürücüləri, piyadaları təbrik edir, onlara uğurlar arzulayırıq. Bu dəfə də ənənəmizə sadiq qalaraq zərif cinsin nümayəndələrini bayram günü sükan arxasında sevindirməyə nail olduq”.
Bu gün sürpirizlərlə qarşılanan xanım sürücülər son zamanlar polisin xeyirxah əmələrinin şahidi olduqlarını vurğulayıblar və Azərbaycan polisinə minnətdarlıq bildiriblər.
Esmira Hidayətova
Oxunub: 873