dini radikalizm və ekstremizmlə mübarizə

Emin Hacıyev -YAP-ın 123 seçimindən biri

Emin Hacıyev -YAP-ın 123 seçimindən biri

YAP Azərbaycan Dəmir Yolları QSC ilk Partiya Təşkilatının sədr müavini,

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB idarə heyətinin üzvü

Azərbaycan növbəti vacib siyasi proses ərəfəsindədir. Fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək və nəinki Azərbaycanın, ümumilikdə regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) bundan öncəki seçkilərdə olduğu kimi bu dəfə də prosesin önündə gedir. Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası 123 seçki dairəsi üzrə öz namizədlərini müəyyən edib və onlar arasında uğurlu fəaliyyətləri, dövlətçiliyə sədaqətləri ilə fərqlənən gənclər də var. Belə gənclərdən biri də 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizəd Emin Hacıyevdir.

Onun haqqında ətraflı məlumat verməzdən öncə bildirməyi özümə borc bilirəm ki, YAP-ın etimad göstərdiyi 123 namizəd arasinda Emin Hacıyevin də olması heç də təsadüfi deyil. Belə ki, hələ gənc yaşlarından YAP-ın sıralarına qatılaraq öz fəallığı ilə seçilən Emin Hacıyev eyni zamanda ölkəmizin istər gənclər, istərsə də diaspor siyasətinin reallaşdırılmasında bir fərd kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb.

Beləliklə, 1982-ci ildə Sumqayıtda anadan olan Emin Hacıyev 1998-ci ildə Sumqayıt şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil aldığı dövrdən, 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan,

Universitetdə partiya ideyalarının təbliğində, həmçinin yüzlərlə tələbənin YAP-ın ideyaları ətrafında birləşərək, partiya üzvlüyünə qəbulunda fəal iştirak edən Emin Hacıyev gənc olmasına baxmayaraq müxtəlif sahələrdə ona göstərilən etimadı layiqincə doğruldub. Məlumat üçün bildirim ki, 2006-cı ildə Azərbaycan İqtisadi

İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışan deputatlığa namizəd 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009-cu ildən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) idarə heyətinin üzvü və məsul katibidir.

Məlum olduğu kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi AMOR Azərbaycan diasporunun güclənməsində və azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunmasında böyük rol oynayır. Emin Hacıyev də bu qurumun məsul katibi kimi

fəaliyyəti dövründə Rusiya ictimaiyyətinin Azərbaycanla bağlı, o cümlədən Dağlıq-Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında əsl həqiqətlər, erməni təcavüzü nəticəsində öz evlərindən didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, həmçinin, ölkəmizin zəngin tarixi və mədəniyyəti ilə bağlı düzgün məlumatlandırılmasına yönəlmiş AMOR layihələrinin həyata keçirilməsində fəal iştirak edib. Onun bu fəaliyyəti dövlətimiz, şəxsən Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Emin Hacıyev diaspor fəaliyyətinin inkişafına və xalqlar arasındakı dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Beləliklə, illərdir doğma vətənimizin, milli dəyərlərimizin, Azərbaycan həqiqətlərinin xaricdə tanıdılması üçün çalışan Emin Hacıyev bu müddət ərzində qazandığı təcrübəni böyüyüb, boya-başa çatdığı Sumqayıt və doğma sumqayıtlılar üçün istifadə etmək istəyir. Buna görə E.Hacıyevin seçkiqabağı platformasına doğma şəhəri ilə bağlı bir çox vacib məsələlərə dair bəndlər daxilidr. Deputat seçiləcəyi təqdirdə Sumqayıtın turizm potensialının inkişafı, şəhərin mehmanxana və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflərlə

çıxış etməyi, Sumqayıtda şəhər kitabxanalarının kitab fondlarının və elektron resurslarının genişləndirilməsi üçün addımlar atmağı planlaşdıran E.Hacıyev, həmçinin, gənclərin məşğulluğunun təmin edilməsinə, işsizlik səviyyəsinin azaldılmasına və yeni iş yerlərinin açılmasına yönəlmiş proqram və layihələrin qəbulu, həyata keçirilməsi üçün təkliflər irəli sürülməsini özünün əsas vəzifələrindən biri kimi görür.

E.Hacıyev sumqayıtlıların etimadını qazanacağı təqdirdə Milli Məclisin deputatı kimi Dağlıq Qarabağ münaqişəsi, o cümlədən, 1988-ci il Sumqayıt hadisələri haqqında düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasını, erməni yalanlarının və miflərinin ifşa edilməsini də özünün əsas vəzifələrindən biri hesab edir.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərində sumqayıtlıların ona etimad göstərəcəklərinə inandığını deyən Emin Hacıyev onu da bildirib ki, Sumqayıt kimi böyük şəhərdən millət vəkili olmaq böyük məsuliyyətdir və o bu məsuliyyətli, çətin yolda həm seçicilərin, həm də təmsil etdiyi partiyanın etimadını

doğruldacağına əmindir.

Bəli, mən də gənc və perspektivli namizəd Emin Hacıyevi yaxından tanıyan, onun fəaliyyətinə bələd olan biri kimi əminliklə bildirirəm ki, sumqayıtlılar bu gənc namizədi dəstəkləyəcək və özünün dediyi kimi o da həm seçicilərin, həm də partiyanın etimadını doğruldacaq. Çünki Emin Hacıyevin bu günə kimi fəaliyyəti və qazandığı uğurlar məndə bu əminliyi yaradır. Elə isə sumqayıtlı seçicilərə üzümü tutub deyirəm – Gəncliyin səsi, gələcəyin nəfəsi – Emin Hacıyevə səs verək!

Oxunub: 732
Oxşar xəbərlər
SON XƏBƏRLƏR