dini radikalizm və ekstremizmlə mübarizə

2 fevral Gənclər günündə “Sağlamlığın qorunması” İB 2 gənc gənc rəssamın sərgisini keçirdi

2 fevral Gənclər günündə “Sağlamlığın qorunması” İB 2 gənc gənc rəssamın sərgisini keçirdi

2 fevral Gənclər günü münasibətilə “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyevanın təşkilatçılığı ilə gənc rəssamların rəsm sərgisi keçirilib.

Turkustan.info xəbər verir ki, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, tədbir və layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədilə təşkil olunub.

“Sağlamlığın qorunması” İctimai Birliyi “sağlam nəsil, sağlam gələcək” devizi altında bir çox layihələr həyata keçirir. Bu sərgi də onlardan biridir.

Xətai sənət mərkəzində baş tutan sərgidə gənc rəssamlar Lalə Hüseynzadə və Emin Saqinin rəsmləri nümayiş etdirilib. Sərgidə təxminən 50-yə yaxın qarışıq yağlı boya, qumla rəsm və karandaşla çəkilən rəsm əsərləri təqdim olunub.

Sərgidə gənclər, ziyalılar və digər qonaqlar aktiv iştirak edib.

Oxunub: 476
Oxşar xəbərlər
SON XƏBƏRLƏR