dini radikalizm və ekstremizmlə mübarizə

Hicran Şərifov Hacı Xanların məzarını ziyarət etdi - FOTOLAR


32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov xeyriyyəçi sahibkar Hacı Rəhimin məzarını ziyarət edib.

Yeni Suraxanı sakinlərinin Hacı Xanlar deyə müraciət etdiyi Hacı Rəhim yaşasaydı, 60 yaşı olacaqdı. Sağlığında minlərlə insana əl tutan, böyük xeyriyyəçi kimi ad qazanan Hacı Xanlar həm də Hicran Şərifovun yaxın dostu idi. Hər il öz dostunun doğum günündə onun məzarını ziyarət edən H.Şərifov bu il də ənənəni pozmayıb.

Yeni Surxanı seçiciləri ilə birlikdə mərhum dostunun məzarını ziyarət edən H.Şərifov deyib ki, Hacı Xanlar nəinki Yeni Suraxanılıların, bütün bölgələrdən olan insanların sevimlisi idi: “Hacı Xanlar ona uzanan əli heç zaman geri qaytarmazdı. Səxavət kisəsi açıq idi. Baxmayaraq ki, onun vəfatından 7 ilə yaxın zaman ötür, o bu gün də qəlblərdə yaşayır və həmişə yaşayacaq”.

Hacı Xanlarla dostluğundan danışan deputatlığa namizəd bildirib ki, həmişə Hacını özünə böyük qardaş bilib: “Heç kim bu dünyanı tutub getməyəcək. Yaşayanda da gərək Hacı Xanlar kimi yaşayasan. Mən çox fəxr edirəm ki, belə bir gözəl insanla dost olmuşam”.



Oxunub: 1 187
Oxşar xəbərlər
SON XƏBƏRLƏR