dini radikalizm və ekstremizmlə mübarizə

BİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİ


Bakı şəhəri Nərimanov rayonunda 20 saylı 2 seçki dairəsindən bu il ərzində edilən müraciətlərin 80 faizini müsbət həll etməyə müəssər olmuşdurlar.
2019-cu ildə Milli Məclisin deputatı Adil Əliyevə xeyli sayda yazılı müraciət daxil olub. Onlar yüzlərlə vətəndaş tərəfindən ünvanlanıb. Müraciətlər müxtəlif dövlət qurumları ilə bağlıdır və məhz deputatın göndərdiyi sorğulara cavablardırılıb.

Bununla yanaşı, millət vəkili qəbul günləri zamanı öz seçiciləriylə mütəmadi görüşlər keçirib, digər müraciətlərin müsbət həll olunması üçün lazımi tapşırıqlar verib.

Qəbula gələn bütün vətəndaşlar dinlənilib, istəkləri nəzərə alınıb. Onların arasında Adil Əliyevin seçildiyi ərazidən başqa digər rayonların da sakinləri də olub. Ümumiyyətlə, ona bir millət vəkili olaraq seçiciləri, sıravi vətəndaşlarla görüşmək, onları dinləmək, onların çətinliklərinə yardımçı olmaq xoş təsir bağışlayır. Çünki vəzifə borcunu yerinə yetirməklə yanaşı, həm də vətəndaşla əyani ünsiyyətdə olmaq, üz-üzə danışmaq, onlarla təmasda olmaq insana əlavə bir rahatlıq bəxş etdiyini düşünür.

Deputatın özü ilə yanaşı, köməkçisi də onlarla vətəndaşın qəbulunu həyata keçirib. Bu zaman vətəndaşlara müvafiq tövsiyələr verilib, həmçinin mümkün problemlərin həlli yerindəcə reallaşdırılıb, bəzi problemlərin həlli nəzarətdə saxlanılıb. Həmçinin deputat tərəfindən seçicilərlə dəfələrlə geniştərkibli görüş də keçirilib. Görüşlərdə yüzlərlə vətəndaş iştirak edib.

Millət vəkili Adil Əliyev vətənpərvər ruhunu da ortaya qoymağı bacarıb. O, il ərzində dəfələrlə döyüş bölgəsinə səfər edib, orada vətənin keçiyində duran hərbçilərimizlə görüşüb.

Oxunub: 632
Oxşar xəbərlər
SON XƏBƏRLƏR