dini radikalizm və ekstremizmlə mübarizə

QƏBƏLƏNİN BUNUD KƏNDİNDƏ UNUDULMUŞ ŞƏHİD RUHU SİZİ HARAYLAYIR


Qəbələ rayonunun Bunud kəndindən olan Həcəmməd Ilham Məhəmməd oğlu 1993 cü ildə Şəhid olmuşdur. Günü-gündən abadlaşan Qəbələ rayonunun Bunud kəndidəki şəhid məzarı isə abadlaşmaq əvəzinə tam unudularaq diqqətsiz qalıb. Qəbələ rayonunun icra hakimiyyətinin başçısı və Bunud kənd icra nümayəndəsinin kəndin bir şəhidinə ucaltdığı məzar daşını hər kəsə göstərmək istəyirik. Görəsən sözü gedən rəhbərlərin öz doğmaları şəhid olsaydı məzarları belə baxımsız qalardımı?
Bizdə olan məlumata görə kənddə cəmi bir şəhid var. Bir şəhidin məzarını Şəhidə layiq görməyənləri bizdə nə başçı adına nə də icra nümayəndəsi vəzifəsinə layiq görmürük. Əlaqədar təşkilatlar yəqin ki, cənab prezidentə bu haqqda məlumat çatdıracaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

P.S. Danışanda pafoslu çıxışlarla danışmağı sevənlərə üz tuturam, Bunud kəndində orta məktəb yoxdurmu? Varsa məktəb direktoru müəllum kollektivinin nəzərinə çatdırmaq istəyirəm. Məktəbdə gözdən pərdə asmaq üçün bəlkə də şəhidlərin rəsmi asılıb. Amma fakt olaraq baxımsız şəhid məzarı onu sübut edir ki məktəblilər bəlkə də bu məzarı heç ziyarət etməyiblər. Bu məzar ziyarət edilsəydi bəzəyli bəy otağı kimi bəzədilərdi. Ətrafı təmizlənərdi. Bu da maliyyə tələb etmir ki, müxtəlif bəhanələr olsun. Bu addımı atmaq üçün ilk növbədə vicdan olmalı, qəlbdə vətənpərvərlik, şəhidinə hörmət olmalıdır. Sizlər gələcəyə necə övladlar yetişdirirsiniz???
Onudulan şəhidin ruhu qarşısında hər biriniz günahkarsınız. Axı şəhidlər vurularkən deyil, unudularkən ölürlər.

Almaz İlahə

Oxunub: 707
Oxşar xəbərlər
SON XƏBƏRLƏR