İki gündür sosial şəbəkələrdən görüb oxuduğum statuslar verilən müxtəlif xəbərlər məcbur etdi ki, gördüyünüz şəkilləri paylaşım.
Qəhraman oğulların Şəhidlərimin şəkllərinin yanında, bir pkk-a sevdalısı, bir Türk düşməninin şəklini paylaşmaq şəhidlərimizə qarşı haqsızlıq deyilmi?
63 illik ömrü boyunca hərbi cəhətdən zəif dövlətləri fars rejminin əsarətinə salmağa çalışmış və bu yolda minlərlə günahsız insanın qanını tökmüş iran generalnın az qala 40 gün yası saxlanılacaq. Hətta ehsan verəcək qədər yasını tutan soydaşlarmızı anlaya bilmirəm.
Fars rejimi və onun generalını bu qədər müzakirə nədən edirik?
Nədən 40 milyonluğ Azərbaycan Türklərnin haqq mübarizəsinə səsmizi çıxartmadıq?
Onlarla soydaşımız fars rejmi tərəfindən qətl edildi, elələri var ki hələ də onlardan xəbər yoxdur.
Mənim qəhramanım ŞƏHİDLƏRİMDİR.
Bu gün ermənilərin əsarətində 30 il inləyən əsirlərimdi,
Ermənistanda əsirlikdə olan Şahbaz və Dilqəmimdir.
Bu gün onlar üçün təbliğat aparmaqdansa millətimizin bəzi nümayəndələri görəsən İran generalının ölümünə görə niyə bu qədər canfəşanlıq edir?
Yəqin bununda bur adı var, amma hələki mən o adı tapa bilmirəm.
Süleymaninin Qarabağda ermənilərə verdiyi dəstəyi xatırlayaraqmı iran xalqına baş sağlığı verirsiniz? Tanınmış insanlarımız, təşkilat rəhbərləri hadisə ilə bağlı Amerikanı lənətləyir.
Bu acınacaqlı bir haldır ki, ziyalı saydığımız insanlar tariximizi bilmir və olanlardan bixəbərdirlər. Bizlər bu hadisənin əsil səbəbini bəlkə də bilməyəcəyik, amma bilməli olduğumuz bir məqam var. O da budur ki, bu insan Güneydə haqqlarını istədikləri üçün minlərlə azərbaycanlının qətlə yetirilməsinə əmr verib. Qarabağ müharibəsində erməniləri dəstəkləyib, bizim əsgərlərimizi öldürüblər, günahsız insanlarımızı qətl ediblər.
2011 və 2018-ci illərdə Azərbaycanı təhdid etməyini xatırlayın.
Hətta sonuncu dəfə "Azərbaycan qədim İran torpaqlarıdır, Azərbaycan səsini kəssin yoxsa iki günə Bakını tutarıq" deməsini yaddaşı olmayanların nəzərinə çatdırım. Suriyada və İraqda qırdığı müsəlmanların sayı bilinmir. İndi deyin, ona şəhid deyənlər bizə bundan artıq nə etmək lazımdır ki, dostu-düşməni ayrıd edək? Öz xalqının qatilinə rəhmət oxuyan o qatildən daha dəhşətli düşmən deyilmi???
Almaz İlahə
Oxunub: 706