Hər zaman ömür yolu haqqda kiçik məqalələr yazmışam. Ömür yolu ... kimi üçün bu yol keşməkeşli, kimi üçün bu yol hamar olar. Kimi ömür yolunu yıxılıb duraraq, dizlərini qanadaraq fəth edər, kimisi hər bir şeyə çox asanlıqla nail olar. Yaqut Almaz xanım deməzdim həyatda hər şeyə çox asan nail olub.
Cənub bölgəsində, Lerikdə dünyaya göz açmış Yaqut Almaz həvəskar bəstəkardır. Bəli həvəskar, bəzi tanınmış bəstəkarlar kimi incəsənət unversitetində dərs deməsədə təkrar təkrar dinləyə biləcək mahnıların müəllifidir.
Onunla ilk tamışlığıma səbəb Şəki şəhərindən bölgə müxbirimiz olan Gülşad Nurani oldu. Qonağım oldu, tez isinişdik biz cənublular çox qonaqpərvərik. Kitabımdan birini istədi və bir gün on şerimə mahnı bəsdələdiyini söylədi. Bir birindən gözəl olan mahnılar. Ona sual verdim.
Yaqut xanım nədən ictimayyətə çıxmırsınız. Müxtəlif səbələrin olduğunu və həyat yoldaşı İslamın çox ciddi xarakteri olduğunu söylədi.
Bir gün şerlərimin biri tanınmış bəstəkar Sevinc Tofiqqızı tərəfindən bəstələndikdən sonra mahnın təqdimatı keçirilirdi. Vətənpərvər mövzu olduğu üçün BMM də keçiriləcək tədbirə israrla Yaqut Almazı da dəvət etdim çox sağolsun etiraz etməyərək gəldi. Və o gün o, gizli xəzinə haqqında iştirak edənlərə məlumat verdim.
Beləcə addım- addım ictimaiyyətə qədəm qoydu. Az bir zamanda sevildi. Mahnılarını bir çox tanınmış müğənnilər ifa edirlər.
Onun ömür -gün yoldaşı İslam müəllim də artıq bir dağ kimi Yaqut Almaz xanımın arxasında duraraq hər mənada ona dəstəy olur. Savadlı, dövlət qulluqçusunada məhz belə bir addım yaraşır. Yaqut xanımın 2 övladı var: Nübar və Ülvi. Hər ikisi milli dəyərləri bilən əxlaqlı, savadı petespektivli gənclərdir.
P.S Bu kiçik xatirəni yazmaqda məqsədim
Dəyərli Yaqut xanımı doğum gününü münasibəti ilə təbrik etməkdir. Yaqut xanımı öz adımdan və rəhbərlik etdiyim Djb.az kollektivi adından səmimi qəlbdən təbrik edirəm ilk növbədə can sağlığı işlərində yaradıcılığında uğurlar diləyirəm.
Almaz İlahə