dini radikalizm və ekstremizmlə mübarizə

"Seçkilərə ilk namizədlər və seçicilər” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda keçirilmişdir.


18 dekabr 2019-cu il tarixdə Cəlilabad rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin "Seçkilərə ilk namizədlər və seçicilər" layihəsi çərçivəsində beşinci geniş maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə "Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin sədri və layihə rəhbəri Sahil Hüseynzadə, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elmar İbadlı, Cəlilabad rayon seçki dairəsinin əməkdaşları, layihə təlimçisi və gənclər iştirak etdilər.
İlk öncə Sahil Hüseynzadə çıxış edərək layihə haqqında geniş məlumat vermişdir. O, layihənin birbaşa gənclərin ictimai həyatda rolunu artırmaq, ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakı, vətəndaş cəmiyyətinin inkişafına töhvə verilməsi, ümumilikdə demokratiyanın inkişafına kömək göstərilməsi istiqamətinə ünvanlandığını bildirmişdir.
Tədbirdə çıxış edən qonaqlar gənclərin bələdiyyə seçkilərində aktiv iştiraklarının təmin edilməsi üçün belə layihələrin vacibliyini qeyd etmişlər.
Sonra təlimə start verilmişdir. Təlimçi Bəhruz Nəbili əvvəlcə Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki Məcəlləsi, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında ətraflı məlumat vermişdir.
Belə ki, gənclər tədbir zamanı ilkin olaraq seçki prosesi barədə müzakirələrə qoşuldu, seçki məntəqəsi ilə tanışlıq və seçki günü ilə bağlı videorolik izlənildi.
Daha sonra layihə iştirakçılarını maraqlandıran suallar dinlənilmiş və ətraflı müzakirə edilmişdir.
Yekunda tədbirdə fəal iştirak edən gənclər Sertifikatla təltif olundular.


Oxunub: 514
Oxşar xəbərlər
SON XƏBƏRLƏR