dini radikalizm və ekstremizmlə mübarizə

Bir ziyalımızı da itirdik


İsgəndərov Rövşən Lətif oğlu 48 yaşında səhər isə getmək istəyərkən qəflətən təzyiqi yüksəlmiş , avtomobilini yolun kənarına çəkərək dostuna zəng etmiş və dünyasını dəyişmişdir. Son dərəcə mehriban ,dosta ,
qohuma , yoldaşa ,ailəyə qarşı sədaqətli bir ogul olan Rövşənin acı xəbərini eşidərkən çox üzüldüm, kədərləndim.
Rövşəni AMEA da tez tez görürdüm.Cox mehriban söhbətimiz olurdu. Hər dəfə sohbətimiz ermənilərin məkirli , simasız əməllərindən olardı.
Bir dəfə Akademiyanin İqtisadiyyat institutunun direktoru işləmiş professor , gözəl insan İsa Alıyevlə görüşərkən Respublika qəzeti üçün material hazırlayırdım ki, Rövşənlə kabinetdə rastlaşdıq. Biləndə ki İsa müəllimin həm qohumudur , həm də surucu işləyir, çox sevindim.
Rövsəndə yuksək mədəniyyət ,əxlaqi və insani keyfiyyətlər var idi. Böyük kiçik yeri bilən çox qabiliyyətli oğul idi.
Qapıbir, mehriban qonşumuz Əhmədin qaynı idi.
Rovsənin atası Lətif kisini də görmüşdüm. Tez- tez qızı evinə baş çəkərdi.
Cox yaraşıqlı, savadli vətənpərvər insan olmuş Lətif muəllimi qohumlar ,dostlar əzizləmə mənasında İlya deyə çağırardılar. Lətif muəllim Qərbi Azərbaycanda kolxoz sədri ,sovet sədri olduğu illərdə təəssübkesliyi , xeyirxahlığı ,
qonaqpərvərvərliyi ilə secilmiş və böyük hörmət sahibi olmusdur . Səxavətli, çörəkli kişilərdən idi .
Ermənistanda yaşayan Azərbaycanliları hər zaman mudafiə etmişdir.
1988 ci ildə Ermənistandan qacqın duşən bu ailə əvvəl Naxcıvana , sonra isə Bakiya pənah gətirmisdilər. 1994 cü ildə Lətif muəllim bu haqsızlıga , erməni quldurların işğalçılıq siyasətinə dozmədi , 51 yaşında dünyasını dəyişdi . Necə ola bilər ki dolu evini esiyini var dövlətini , bəhrəli bağ baxçanı ermənlər zəbt edələr, səni də doğma yurdundan qovalar. Ürək buna dözərdimi ? Hələ üstəlik Qarabağ və ətraf rayonlarımizın ermənilər tərəfindən tari mar olunaraq işğal olunması onu çox hiddətləndirərdi.
Lətif dayı kimi minlərlə insanlar vətən deyə - deyə köçdü dünyadan. Bu gün də bu iztirab davam edir. Nə qədər doğmalarımızı itiririk.
Həmişə Azərbaycanliların qəlbində yaşayan Lətif muəllimin övladları da ataları kimi mərd, vətənpərvərdirlər. Qonsumuz olan qızı Ziba xanım həmişə ermənilərin fitnəkarliqlarından sohbət salardı . Atası Lətif kişi hər vaxt ermənilərin məkrli siyasətini ifşa edir və ermənilər necə dəfə ona qəsd etmək istəsələr də dasnaqların planları baş tutmamışdı.
Belə bir vətənpərvər bir ailədə böyüyən Rövşən də ermənistandan qaçqın düşərək özlərinə təzə gün güzəran düzəldirdilər ki, bu acı xəbər esidənləri çox kədərləndirdi.Ev tikdirirdi. Heç təzə evə köçmək ona qismət olmadı .
Fikirləşirəm ki axı 30-40 il əvvəl heç təzyiqdən, ürək ağrısından insanlar nə əməliyyat olunardı ,nə də belə tez ,cavan yaşda dünyasını dəyisərdilər. Bəlkə burda da bir erməni barmağı var ki qidamız da , dərmanlarımız da bizə zərər verir?
Onu da qeyd edim ki, bu məsələ dövlət səviyyəsində həll olunmalı ,keyfiyyət ön plana cəkilməlidir. Cavan bir gənci itirdik.
Rovsənin ailəsinə bacı və qardaşına qohumlarına, dostlarına dərin hüznlə baş sağlıği verib kədərinizə sərik oluram. Allah sənə rəhmət eləsin Rövşən, hec inanmağım gəlmir. Sənin əməlin də, sözlərin də duz idi. Saf insan idin.
Bəlkə də Allahım belə insanları tez öz dərgahına aparır ki, bu dünyanın cirkinliklərindən uzaq olaraq pak məkanda, dərdsiz- qəmsiz əbədi yasasın ?
Ruhun şad olsun.
Allah sənə və sənin kimi vətən həsrətli cəmi soydaşlarımıza rəhmət eləsin.
Darıxma əzizim, rahat uyu. Biz də vədə tamam olanda görüşəcəyik. Allah sizi qəbr əzabından qorusun, cəmi dunyasıni dəyisənlərin yerini cənnətməkan etsin.

Rauf İlyasoğlu

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR