dini radikalizm və ekstremizmlə mübarizə

Qəlbi Azərbaycanla döyünən Türkiyəli şair Fesih Aliooğlu


Fəsih Alı oğlu 1.12.1976-cı ildə Türkiyənin Batman şəhərində doğulmuşdur . Orta təhsilini Batmanda bitirmişdir.
1997-ci ildə ilk dəfə olaraq Azərbaycana iş adamı kimi gəlmiş ve bu illər ərzində öz fəaliyyətini davam etdirmişdir.
Bakıda ictimai işlərdə fəal olan Fesih Alioğlu 2013 -cü ildə Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzini yarataraq ictimai siyasi həyatda aktiv olaraq çox sayılı tədbirlərin təşkilatçısı olmuşdur.
Qocalar evilərində ,hərbi hissələrində ,internat evlərində xeyriyyə tədbirləri təşkil etmiş və vətənpərvər ruhlu çıxışı ilə geniş içtimaiyyətin hörmətini qazanmışdır.
Gənc yaşlarından bədii yaradıćılıqla məşğul olmuş , Azərbaycan və Türkiyə mətbuatında şeirləri dərc olunmuş və müəllifə geniş oxucu rəğbəti qazandırmışdır. Şair publisist Fesih Alioğlunun 2013-ncü ildə "Doğma Vətən Azərbaycan" , 2018-ci ildə "Qəlbimin Səsi" adlı kitabları ışıq üzü görmüştür.
Novbəti şeirlər kitabı da çap olunmaq ərəfəsindədir. Azərbaycan - Türkiyə dostluğü, qardaşlığı haqqında çoxlu şeirlər müəllifidir. 20Yanvar, Xocalı ,Şəhidlər haqda yazdığı şeirlər məktəblilər tərəfindən də sevilə - sevilə oxunur.
Bundan başqa şairin məhəbbət mövzulu şeirləri , vətən həsrətlı bayatıları onu daha da ruhlandırmış və şeirlərinə mahnılar bəstələnmişdir.
Fesih Aloğlu barədə yazılan yazılar xəbər saytlarında yayımlanır Bir çox ictimai birliklərlə , internet portalları ilə əməkdaşlıq şair publisit Fesih Alıoğlu QHT və media rəhbərləri tərəfindən çoxlu sayda Fəxri diplom, mədal, təşəkkürnamələr və müxtəlif mükafatlarla təltif olunub.
Azərbaycan poezyasının görkəmli şəxsiyyətlərinin və ictimai xadimlərinin böyüq hörmətini və sevgisini qazanmışdır.
,Poeziyamızın sevilən-seçilən şairi Fesih Alioğluna bundan sonraki yaradıcılıq fəaliyyətində bol-bol uğurlar diləyir, uzun ömür, can sağlığı arzulayırıq.

Rauf İlyasoğlu

Oxunub: 1 337
Oxşar xəbərlər
SON XƏBƏRLƏR