dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ müharibəsi əlilinin oğlu Vüsala diqqət ,qayğı və kömək lazımdir


Əliş İbli oğlu Dünyamalıyev Qarabağ müharibəsi əlilidir. Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün düşərək Bakının Binəqədi rayonunun Zahid Qənbərov küçəsindəki Bünyad Sərdarov adına zavodun 9 saylı yataqxanasında didərgin həyatı yaşayır.
1988-91 ci illərdə Qubadlı 2 ci batalyonunun 3 cü bölüyünün komandiri olub.
Əliş Dünyamalıyev Hal kəndinin erməni quldurlarından qorunmasında iğidliklər göstərib və baş nahiyyəsindən ağır yaralanıb. Ordu qəzetində, eləcə də bir çox qəzet və jurnallarda igid döyüşçümüz barədə çoxlu məqalələr yazılıb.
Oğlu Vüsal Əliş oğlu Xanlıq kəndində beşinci sinifdə oxuyarkən zədə alıb . Həkimlər ona iflic diaqnozu təyin ediblər. Birinci qrup əlildir.
Baş leytenant Əliş Dünyamalıyev və qardaşı baş gizir Hüseyn Dünyamalıyev vətəni mərdliklə qoruyublar. Hətta sərhədlərimizi qoruyarkən , asğın düşmənlə vuruşarkən xəstə uşağından xəbəri olmayıb, kənd çamaatı oğlunu təhlükəsiz yerə gətiriblər.
Ermənilər onların evlərin yandırıblar.
Qubadlı rayonu işğal olunduqdan sonra Əliş Dünyamalıyev yenə də hərbidə xidmət edib , 1995 - ci ilin may ayının 15 də ordudan tərxis olunmuş Əliş Dünyamalıyev 8 nəfər ailə üzvləri ilə kommunal məhdud şəraitli yataqxananın bir otaqlı mənzilində 26 ildir ki çox əziyyətlərə məruz qalıblar. Oğlu , birinci qrup əlil, hərəkət imkanları məhdud olan yataq xəstəsi Vüsala anası baxır . Yeriyə bilməyən Vusalı əl arabası ilə təmin etmək lazımdır ki, o da həyətə çıxa bilsin.Havasızlıq ,rütubət və darısqallıqdan görün necə əziyyət çəkirlər? Mənzildə əl üz yuyulan yerin, tualetin olmaması Vüsalı və ona baxan ananı çətin duruma salıb .
Hanı bizim qeyrətlı oğullarımiz ki 30 yaşını adlamış bir gənclə diqqət ayırmır?
Bubailəyə nə Binəqədi rayon icra hakimiyyəti rəhbərləri tərəfindən, nə Qubadli rayon rəhbərləri tərəfindən , nə də Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi tərəfindən heç bir qayğı göstərilməyibdir.
Ayaq və ya əl barmağını itirmiş Qarabağ müharibəsinə pulsuz avtomobil verildiyi halda, baş kəllə travması alan əlilə niyə avtomobil verilmir? Qanunda nə qədər boşluqlar olar ? Bu qanuna təcili düzəliş olunmalıdır.
Çəkdiyim vidioya baxan qeyrətli oğullar inanıram ki, Vusala kömək edəcək, ona diqqət və qayğı göstərəcəklər.
Ölkədə bu qədər Əlillər çəmiyyəti , ictimai birliklər , onda nəyə lazımdir?
Hanı bu rayonun deputatları?
Bu qədər də sayqısızlıq olarmı?
Vusala dövlət rəhbərləri qayğı göstərməlidir.
63 yaşlı Əliş Dünyamalıyevin müalicəyə ehtiyacı olsa da, oğlu Vüsalın şəraitsizliyindən sanki qovrulur, yanıb, yaxılir , ürəyi qubar bağlayıb bu atanın.
Göz yaşları qurumayan ananın nələr çəkdiyini duyursunuzmu ? .
Bəlkə bir imkanlı, qeyrətli insan tapılar və bu ailəyə diqqət ayırar ?

Rauf İlyasoğlu

Oxunub: 572
Oxşar xəbərlər
SON XƏBƏRLƏR