dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə Dövlət rəmzləri muzeyinin təməlqoyma mərasimi keçirilib.


Mingəçevirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və ictimayyət və KİV nümayəndələrinin iştirakı ilə Dövlət rəmzləri muzeyinin təməlqoyma mərasimi keçirilib.Mərasimdə çıxış edən icra başçısı qeyd edib ki, hər hansı bir dövləti digərlərindən fərqləndirən simvol və rəmzlər - emblem, bayraq, gerb, orden, pul və s. mövcuddur:” Bu mənada, azərbaycançılıq əsrlər boyu Azərbaycan dövlətinin özünəməxsusluğunu səciyyələndirən rəmzlərlə sıx bağlıdır. Azərbaycan dövlətçiliyi bərpa olunan kimi onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərin təxirəsalınmadan yaradılması işinə başladılar. Milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ülvi arzularını lakonik, bədii obrazlı dildə ifadə edən mühüm amillər-rəmzlər, bayraq, gerb və himndir. Bundan başqa, dövlətin pulu, həmçinin, təsis etdiyi orden və medallar da onun atributları hesab olunur. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".Daha sonra icra başçısı şəhərin” Dostluq” parkı ərazisində inşa edilən muzey barədə məlumat verərək bildirdi ki,biz belə bir qərarə gəldi ki,azərbaycanın bütün rayonlarında bayraq muzeyləri var :”Amma biz burada Dövlət rəmzləri muzeyi yaradırıq.Burada iki mərtəbəli müasir bir muzey olacaq.Muzeydə təkcə bayraq olmayacaq,Azərbaycan dövlətinin tarix boyu nə qədər rəmzləri olubsa burada bu öz əksini tapacaq.Bu muzeydə xüsusi bir otaq olacaq ki,orada orta məktəblərdə,eləcə də gənclərimiz Azərbaycan tarixi ilə,Azərbaycanın dövlət rəmzləri ilə əyani,praktik tanış olmaq üçün istifadə edə biləcəklər.Əsas məqsədimiz Azərbaycan dövlətinin milli mənəvi dəyərlərini yaşatmaq eləcədə dövlət rəmzlərimiz barədə əhalini xüsusilə də gəncləri məlumatlanması üçündür.Bu ulu öndərimizin tövsiyyələrinə uyğun bir addımdır”.
Daha sonra ictimayyət və KİV nümayəndələrinin iştirakı ilə parkda aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərinə baxış keçirilib.Parkda İdman meydançası,musiqili fəvvarə,uşaq meydançası,200 nəfərlik yay səhnəsi ,oturacaqlar,yaşıllıq,gül kolları , iri gölgə salan ağaclar,qazon,kölgəliklər və s işlər sürətlə aparılır.
Qeyd edək ki,Mingəçevirdə bundan sonra da şəhərin giriş qapısı ərazisində “Seyrəngah” istirahət güşələri yaradılacaq. Bu istirahət güşəsi də o ərazidə yaşayan əhali üçün nəzərdə tutulub. Onu da qeyd edə ki, Mingəçevirdə son 6 ayda işlər dayanmadan davam edir.Belə ki, “Dostluq” parkında əsaslı yenidənqurma işləri aparılır. Şəhidlər xiyabanında “20 Yanvar” abidə kompleksi yenidən qurulub. Yeni Azərbaycan Partiyasının və İcra Hakimiyyətinin inzibati binalarının qarşılarına tamet örtük döşənib. N.Nərimanov və Naxçıvan küçələrində binaların fasadları rənglənir, ümumi istifadə yerləri əsaslı təmir olunur, binalara giriş qapıları quraşdırılır. Ümumiyyətlə yaşayış massivlərində geniş abadlıq işlərinə başlanmışdır. Az.İES yaşayış massivində Cəmil Əliyev küçəsində yerləşən 9 mərtəbəli 4 binanın, Naxçıvan küçəsində 9 mərtəbəli 1 binanın, sol sahil yaşayış massivində Vaqif Abdullayev küçəsində 9 mərtəbəli 2 binanın dam örtükləri əsaslı təmir olunmuşdur. Sol sahil yaşayış massivində şəhərin ən böyük yaşayış sahəsi olan 127-ci məhəllədə əsaslı yenidənqurma və bərpa işləri davam edir.
Təbriz, Züleyxa Həsənova, N.Nərimanov, Naxçıvan küçələrində müxtəlif ölçülü 7452 metr uzunluğunda beton səki daşı quraşdırılıb, 49 min kvadrat metr sahəyə yeni asfalt örtük salınıb və bu işlər davam etməkdədir.

Esmira Hidayətova

Oxunub: 718
Oxşar xəbərlər
SON XƏBƏRLƏR