dini radikalizm və ekstremizmlə mübarizə

NİGAR XANIM AD GÜNÜN MÜBARƏK


İnsanı insan edən, gözəlliyinə gözəllik qatan onun qəlbidir.
İnsanı sevdirən qəlbinin gözəlliyindən axan suya bənzəydiyim aydın əməlləridir.
İnsanı dəyərli edən dəyərlilərinə verdiyi qiymət və önəmdir.
Səni çox az zaman kəsiyində tanıdım.
İlk öncə anan Fazilə xanımın danışıqları ilə tanıdım səni. Gənc yaşda olmana baxmayaraq əməllərin müdrük insan addımını xatırlatdı mənə. Səninlə qısa söhbətlərimiz zamanı savadlı fəlsəfi fikirlərin sahibi olan gənc bir ana gördüm. Övladlarını sevən gəncəcik ana.
Ana olmasına baxmayaraq qəlbində hələdə kiçik olan Nigarı gördüm. Sanki uşaqlığının dadını hiss etməmiş, çox tez böyümüş, həyatın naz nemətini görsə belə çətinliklərin nə olduğunu duymaq qabiliyyətinə malik bir ürkək maral tanıdım.
Bu gün doğum gününü qeyd etdik. Üzürlü səbəbdən yanında çox ola bilmədim.
Sənin üçün hazırlanan doğum günü partisi səni həyəcanlandırmışdı sanki. Qucağında iki körpə mələyin olmasına baxmayaraq. Sən o an özün uşaq idin.
Təbrik edirəm qızım, doğum günün mübarək olsun. Atan Vəli müəllimi , anan Fazilə xanımı , qardaşın Pərvini, gəlin bacın Aysunu, Həsənini, Hüseynin, körpə Vəlini və Yarını Allah sənə çox görməsin.
Ailə ilə qüvvətli və qüdrətli olur insan övladı.
Ailənin dəyərlisisən Nigar qızım. Hər zaman üzün gülsün.


Hörmətlə: Ailə dostunuz Almaz İlahə

Oxunub: 993
Oxşar xəbərlər
SON XƏBƏRLƏR