dini radikalizm və ekstremizmlə mübarizə

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Abşeron rayonu Novxanı kəndi Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbdə tədbir keçirilmişdir

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Abşeron rayonu Novxanı kəndi Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbdə tədbir keçirilmişdir
Djb.az xəbər verir ki, Tədbir 2016-cı ilin aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətə, işğalda olan ərazilərə və Mübariz İbrahimovun qəhrəmanlığına həsr edilmişdir.
Tədbiri giriş sözü ilə açan Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbin direktoru Taliyə Mirzəyeva qonaqlara belə bir əhəmiyyətli tədbirin onların məktəbində keçirildiyi üçün təşəkkürlərini çatdıraraq, məktəblərində 1300 şagirdin təhsil aldığını, onların hər birinin vətənə, xalqa, ölkəyə yararlı vətəndaş olaraq yetişdirildiyini vurğuladı.
BDAT-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə rəhbəri olduğu təşkilatın məqsədinin Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, tarix boyu Azərbaycan xalqına vurulan zərbələrin dünyaya doğru şəkildə çatdırılmaq olduğunu bildirərək, tədbirin məktəbdə keçirilməsinə şərait yaratdıqları üçün məktəb rəhbərliyinə təşəkkürlərini çatdırmışdır. O, bildirmişdir ki, Azərbaycan xalqı minlərlə şəhid verməsinə baxmayaraq, hər zaman məğrurdur, Azərbaycan ordusunda döyüş ruhu daima yüksəkdir və hər bir Azərbaycan əsgəri vətən uğrunda canından keçməyə hazırdır.
AMEA Folklor İnstitutunun əməkdaşı, BDAT-ın sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslamoğlu) çıxışında milli vətənpərvərlik ruhunun daim gənclərimizə aşılanmalı olduğunu bildirərək, 1905-ci ildən
azərbaycanlılara qarşı başlanan savaşın hələ də davam etdiyini, bu savaşda minlərlə azərbaycanlının öldürüldüyünü, milli memarlıq incilərinin, evlərin, məktəblərin, baxçaların, xəstəxanaların, məscidlərin, tarixi abidələrin dağıdıldığını, ermənilərin iki əsrdir ki, məkrli niyyətlərindən vaz keçmədiklərini söyləyərək, məktəblilərin, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini vurğulamışdır. O, informasiya müharibəsi aparmaq üçün şagirdlərin yaxşı təhsil almasını, hər birinin gələcəkdə səmərəli peşələrə yiyələnməsini tövsiyə etmişdir.
Tədbirdə çıxış edən filmin rejissoru, Londonda, Rusiyada ilin rejissoru adına layiq görülmüş, Rusiya Federasiyası Yazıçılar İttifaqının fəxri ad almış azərbaycanlı üzvü Ümid Amin müasir texnikanın verdiyi imkanlardan yararlanaraq, gənc nəslin diqqətini cəlb edəcək, onlarda vətənpərvərlik ruhunu daha da möhkəmləndirəcək, qan yaddaşını yeniləyəcək bir film ərsəyə gətirdiyini, Qarabağ həqiqətlərinin yer aldığı bu filmdə vətənpərvərliyin Mübariz İbrahimovun timsalında təsvir edildiyini və filmin əsas ideyası kimi işğaldan sonrakı bərpa prosesini canlandırdığını söyləmişdir.
Sonra BDAT-ın sədr müavini Tünzalə Teymurova çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühim istiqamətlərdən birinin heç şübhəsiz, təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil etdiyini, hərbi hazırlıq fənlərinin tədrisinin şagirdlərdə milli-mənlik şüurunu formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərdiyini qeyd etmişdir.
Məktəbin hərbi rəhbəri Kamal Quliyev Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbin şəhid məzunları haqqında məlumat verərək, şagirdlərin məktəbdə keçirilən hərbi vətənpərvərlik mövzulu dərslərdə çox fəal iştirak etdiklərini, onlara vaxtaşırı düşmən işğalında olan torpaqlarımız, ordumuzun qüdrəti, Qarabağın tarixi və s. haqqında məlumatlar verdiklərini, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edərək ölkənin müdafiəsinə hazırlamağın bir pedaqoq kimi borcu olduğunu söylədi.
Tədbirdən sonra məktəb rəhbərliyi Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin kollektivini məktəbdəki şəhidlər, Ümummilli lider və cümhuriyyət qurucusuna həsr olunmuş guşələrlə tanış etmişdir...

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Abşeron rayonu Novxanı kəndi Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbdə tədbir keçirilmişdir
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Abşeron rayonu Novxanı kəndi Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbdə tədbir keçirilmişdir
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Abşeron rayonu Novxanı kəndi Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbdə tədbir keçirilmişdir
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Abşeron rayonu Novxanı kəndi Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbdə tədbir keçirilmişdir

Oxunub: 1 032
Oxşar xəbərlər
SON XƏBƏRLƏR