dini radikalizm və ekstremizmlə mübarizə

ZƏFƏR GÜNÜNÜ YAŞADANLAR

ZƏFƏR GÜNÜNÜ YAŞADANLAR

Aprel 1-4 aprel 2016 ci il Azərbaycan ordusunun zabit və əsgərləri Xalqımıza öz ölümləri bahasına zəfər gününü yaşatdılar. Artıq 3 il keçir, yüzlərlə şeirlər, mahnılar, dillərdə əzbər oldu. Şəhidlərimiz haqqda sənədli kinofilmlər çəkildi. O filimlərdən də biri də aprel döyüşlərində canından keçmiş şəhidmiz Əbdülməcid Axundov haqqında çəkilmişdir.
Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Əbdülməcid Axhndova həsr olunmuş "Mən səninləyəm Ana Vətən" bədii sənədli fllmin təqdimat mərasimi Nizami Kino Mərkəzində çox dəyərli insanların iştirakı ilə nümayişi olundu.
Filmin ideya müəllifi və çəkilişlərdə böyük zəhməti olan, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi, Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov çox təsirli bir çıxışıyla tədbiri başladı...
Film bitdi, işıqlar yandı. Hamının gözləri qıpqırmızı... Sanki o an hamı döyüşə getməyə, şəhidlərimizin qanını almağa hazır idi .
Tədbir iştirakçıları filmin yaradıcı qrupunu ayaqüstdə alqışladılar. Sonda çox vətənpərvər, millət vəkili Qənirə Paşayeva çıxış etdi və öz çıxışında bildirdi ki, bu kimi filimlər çox çəkilməli gənc nəslin təlim tərbiyyəsində, vətənpərvər ruhda böyüməsində belə fikimlərin böyük rolu olacağını vurğuladı. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
ZƏFƏR GÜNÜNÜ YAŞADANLAR
ZƏFƏR GÜNÜNÜ YAŞADANLAR

Oxunub: 642
Oxşar xəbərlər
SON XƏBƏRLƏR