dini radikalizm və ekstremizmlə mübarizə

TARİX YAZAN İGİDLƏRİMİZ UNUDULMAYACAQLAR

TARİX YAZAN İGİDLƏRİMİZ UNUDULMAYACAQLAR
Artıq 3 il olur bəlkə də kimlərəsə bu tarix kiçik bir rəqəmi xatırladır. Amma övlad həsrəti ilə yanan valideyinlərə, sevdiklərini qara torpağa yar edənlərə bu tarix bir ömür kimi uzun gələr. Bəli....məhz bu gecə...
İgidlərim, aprelin 1 dən 4 kimi ailələrinizlə son dəfə danışdınız. O, günü danışdığınız bir neçə kəlmə əks sədaya evrilərək əzizlərininzin xatirələrində qaldı. Əzizləriniz bir ömür son danışıqlarınızı, hər bir kəlmənizi, misranızı xatırlayacaqlar.
Bu gecədən başladı qanlı tarix...Bu gecədən başladı Anaların göz yaşları...1-4.04. 2016-ci il qara gəldi Azərbaycanımız üçün... Yüzlərlə ailələr qaraya bürünərək yasa batdı. Gülən çöhrələrdən gülüş silindi. Nəğməli dodaqlardan musiqi kəsildi. Beləcə TARİX YAZAN OĞULLARIMIZ Azərbaycana öz ölümləri ilə işğal altında qalan torpaqlarımızı alaraq geri qaytardılar. O tarix bütün dünyaya səs saldı və Türk dünyası sizlərlə fəxr etdi baş tacımız ŞƏHİDlərimiz.
Hər zaman Vətənpərvər insanlar ruhunuz qarşısında baş əyəcəklər. Allah Təala sizi, haqq dünyasında Məhəmməd Peyğəmbər (ə.s),anamız Fatimeyi Zəhra (ə.s) qovuşdursun... Biz sizləri unutmadıq, unutmayacağıq,
unutdurmayacağıq...Ruhuniz şad məkanını cənnət olsun.

Almaz İlahə

Oxunub: 852
Oxşar xəbərlər
SON XƏBƏRLƏR