Ermənistan İstintaq Komitəsi işğal edilmiş Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birində öldürülən əsgər Karen Karapetyanın qətli ilə bağlı hərbi qulluqçuya (adı və soyadı açıqlamır - red.) qarşı ittiham irəli sürüb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Karapetyanın əsgər yoldaşı “xuliqanlıq motivli qətl” maddəsi ilə ittiham olunur.
Bildirilir ki, istintaq tədbirləri ilə qətlin yeni təfərrüatı məlum olub.
Saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Oxunub: 620