Bu barədə QHT.az-a açıqlamasında “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı məlumat verib.
Təşkilat rəhbər qeyd edib ki, bu təkliflə martın 10-da Bakının Zığ şosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə jurnalistlərin ağacəkmə aksiyasında iştirakı zamanı nazir Muxtar Babayevə müraciət edib.
Bu təklifim cənab nazir tərəfindən yüksək qiymətləndirildi. İnşallah dəstək olacağına söz verdi. O ağacların əkilməsində şəhidlərin əzizləri və qazilərimiz iştirak edəcəklər – deyə Mətanət Əsgəqızı bildirib.