dini radikalizm və ekstremizmlə mübarizə

“Sədr 1 həftəyə ev almağımızla bağlı göstəriş versə də, 5 ay keçib...” - Şəhid oğlu

“Sədr 1 həftəyə ev almağımızla bağlı göstəriş versə də, 5 ay keçib...” - Şəhid oğlu

Şəhid Elxan Yusifovun oğlu Sənan Yusifov ailəsinin illərdir evlə təmin edilməməsindən şikayətçidir. O, “Qafqazinfo”ya müraciətində bildirib ki, mənzillə təmin edilmələri üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib: “Əvvəlki rəhbərlik bizim istəyimizi nəzərə almadı. “Qaçqınkom”a yeni sədr təyin olunandan sonra Rövşən Rzayevin 3 dəfə qəbulunda olduq. Axırıncı qəbulda yəni, oktyabr ayında sədr məktubun üzərini yazıb bir həftə müddətində evlə təmin olunmamız üçün göstəriş verdi. Ancaq o vaxtdan bu günə kimi 5 ay daha keçib. Amma mənzildən xəbər yoxdur. Biz hazırda 9 saylı Bakı Peşə liseyinin yataqxanasında yaşayırıq. Mən həmişə demişəm ki, şəhid ailələrinin mənzillə təmin olunmaları məcburi köçkün ailələrindən əvvəl olmalıdır. Bizdə isə bu fərq qoyulmur”.
“Sədr 1 həftəyə ev almağımızla bağlı göstəriş versə də, 5 ay keçib...” - Şəhid oğlu

“Qafqazinfo” məsələ ilə bağlı “Qaçqınkom”a müraciət edib. Müraciətə cavabda qeyd olunub ki, özünü “Azərbaycan bayrağı” ordenli şəhid Elxan Yusifovun oğlu kimi təqdim edən Sənan Yusifov (Sanan Yusifov Juvarlinski) fevralın 28-də öz profilində Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinə müraciət yerləşdirib. Müraciətdə o, Dövlət Komitəsinin “adi köçkünlə yüksək statusu olan şəhid ailəsi arasında fərq qoyulmadığını” iddia edir, üstəlik belə ailələri “Bakının ucqarlarına göndərməyib şəhərin içində yerləşdirmək” barədə tələb irəli sürür.

Dövlət Komitəsinin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, həqiqətən, məcburi köçkün statusu olan vətəndaşlar arasında Sənan Elxan oğlu Yusifov adlı şəxs vardır. Həmin şəxs Dövlət Komitəsinə müraciət edib, komitənin sədri Rövşən Rzayevin qəbulunda olub. Şəhid övladı olduğu nəzərə alınaraq, onun da adı mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilib.

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərə mənzillər Dövlət Mənzil Fonduna aid, komitənin balansında olan yaşayış komplekslərində verilir. Məlumat üçün qeyd edək ki, son vaxtlar istifadəyə verilmiş Ümid qəsəbəsindəki (Qaradağ rayonu) yeni yaşayış binalarında 4 şəhid ailəsinə, Sumqayıt və Abşeron rayonu ərazisindəki yaşayış komplekslərində 106 şəhid ailəsinə, həmçinin birinci və ikinci qrup Qarabağ müharibəsi əlillərindən 13 nəfərinə, Aprel döyüşlərinin iştirakçılarından bir nəfərə, eləcə də bir Milli Qəhrəman ailəsinə yeni mənzil verilib. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və uzun illərdən bəri ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinə ev və mənzillərin birinci mərhələdə verilməsi davam etdirilir.

Oxunub: 617
Oxşar xəbərlər
SON XƏBƏRLƏR