dini radikalizm və ekstremizmlə mübarizə

Kim Çen Inın qardaşının “qatili” azad edildi

Kim Çen Inın qardaşının “qatili” azad edildi

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən indoneziyalı qadın azad edilib.

Bu barədə BBC məlumat yayıb.

Siti Asiya 2017-ci ildə Kuala Lampur aeroportunda Kimin üzünə VX toksik maddəsi sürtməkdə ittiham olunurdu.

Asiya və onunla əlbir olmaqda şübhəli bilinən vyetnamlı Doan Ti Honq qətllə bağlı ittihamı rədd edir və yumoristik xarakterli qurama televiziya şousunda iştirak etdiklərini güman etdiklərini bildirir.

Belə ki, onların vəkillərinin dediyinə görə, tanımadıqları şəxs onlara “prank”də iştirak edərək, aeroportda və hotellərdə olan insanların üzlərinə maye sürtmələrinə görə yaxşı pul ödəyib.

Məlumata görə, hakim prokurorun vəsatəti əsasında qətllə bağlı cinayət işinə xitam verib. Habelə AFP agentliyi bunun bəraət qərar olmadığını və onun başqa maddə ilə mühakimə oluna biləcəyini yazır.

Təqsiri sübuta yetirilsəydi, Siti Asiya ən ağır cəza – ölüm cəzası ilə üzləşəcəkdi.

Xatırladaq ki, insident 13 fevral 2017-ci ildə baş verib. Kuala Lampurdan Makaoya uçan təyyarəyə minməyə çalışan Kim Çon-Nama iki qadın yaxınlaşıb və əllərini onun üzünə sürtərək, ərazidən uzaqlaşıblar.

Bir müddətdən sonra halı dəyişən Kim xəstəxanaya çatdırılan vaxt yolda keçinib. Məhkəmə tibbi ekspert müayinəsi onun bədənində toksik VX maddəsinin izlərini aşkarlayıb.

Şimali Koreya rəhbərliyi Kim Çen-Namın qətlinin sifarişçisi olması ilə bağlı iddiaları təkzib edir. Lakin qətl günü Malayziyanı dörd şübhəli şimali koreyalının tərk etməsi müəyyən şübhə toxumu səpir.

Oxunub: 513
Oxşar xəbərlər
SON XƏBƏRLƏR