Londonun məşhur “Wiley” nəşriyyatında 2018-ci ilin dekabr ayında Britaniyalı iqtisadçı, beynəlxalq münasibətlər və neyroelm üzrə mütəxəssis, qlobal jurnalist və islam incəsənəti üzrə dünyanın ən böyük sənət müzey kolleksiyası olan məşhur “Khalili Collections”in (Xəlili Kolleksiyalarının) bədii rəhbəri Vaqas Ahmetin “The Polymatih. Unlockingthe Pover of Human Versatilitiy” (Çox bilgin. İnsan hərtərəfliyinin gücünü üzə çıxarmaq) kitabı işıq üzü görüb.
Xəzər Universitetindən Modern.az-a verilən məlumata görə, kitab çoxbilginlik fenomeninə həsr olunub. Çoxbilginin ( polimatın) qısa təsviri belədir:
“Bir-biri ilə bağlı olmayan çox müxtəlif sahələrdə yaradıcı fəaliyyət göstərən çoxyönlü insan”.
Kitab tarix boyu mövcud olmuş çoxbilginlər haqqında məlumat verməklə yanaşı çoxbilginliyin nəzəri əsaslarını verib. Çoxbilginlik fenomeni elm adamları, filosof və psixoloqlar tərəfindən müzakirə olunub maraqlı tədqiqat mövzusu olsa da, bu kitab çoxbilginlik haqqında ilk monoqrafik əsərdir. Bu kitabda çağdaş dövrün, 20-21-ci əsrlərin azsaylı məşhur çoxbilginləri arasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da təqdim olunub.
Kitabda Hamlet İsaxanlının çoxbilgin kimi fəaliyyəti ayrıca təhlil olunub, onun əsər və fikirlərindən çoxsaylı alıntılar edilib. Digər tərəfdən, beynəlxalq “Stackexchange” saytı da professor Hamlet İsaxanlının adını 20-ci əsrdə dünyanın məşhur “Çoxbilgin”ləri sırasına daxil edib.
Qeyd edək ki, bu sayt elm tarixi və riyaziyyat sahəsində çox aktiv müzakirələrin aparıldığı, məşhurların yazdığı, fəal iştirak etdiyi saytdır.
Oxunub: 569