Sultanım hər zaman iş başında. O, nə bayram bilir nə seyran bilir. 8 mart Beynəlxalq Qadınlar günü olsa belə yenə də qadınlar üçün çalışdı. Mənim fədəkar bacım.Sultan Özatəş tək özü üçün yaşamadı o, hər kəsinin həyat yoluna bir mayak olmaq istədi və bacardı. Munlərlə insanın sevimlisi oldu. Minlərlə insanın güvənc yeri oldu. Bir insanın güvənin qazanmanın nə qədər çətin olduğunu hər birimiz bilirik. O, isə nəyinki çevrəsindəkilərin Türk dünyasından insanların güvənin qazandı. Mən onu belə tanıdım. Bir insan darda isə Sultanı Özatəşi arar, bir insanı məsləhət lazımsa onunla dərdləşər. Yaşından asılı olmayaraq hər kəs onun göstərdiyi yol ilə yürüyər və o yol o, insanı yalnız və yalnız uğura apara. O, səbrlidir səbr etməyi sevər və hər kəsə də səbr etməyi məsləhət görər. Mənə də dedi Almazım sənin baş verən hadisələrə olaylar səbrlə yanaşmanı çox bəyənirəm, bir də onun gözəl bir misal çəkməsi var:" Səbr edən dərviş muradına ərmiş." Bəli Allah da səbr edən bəndələrini sevər və mükafatını da bəxş edər.
Mənim Sultanım məhs belə bir insandır. Çalışmaqdan yorulmaz. İnsanlıq etməkdən zövq alar. Atdığı hər addımda başqalarına örnək olar. Sanki belə yaşayın, qəlb sevindirin deyər. İnsanlara insanlığ nümunəsi göstərər. Onu tanıdığım üçün Qalibə Cəfərovaya borcluyam. Nə yaxşı ki, sizləri tanıdım gözəl insanlar. Nə yaxşı ki, sizlər kimi yaxşı insanlar bu həyatı gözəlləşdirir. Axı günü-gündən qəlişləşən həyatımızda sizin kimi insanlara ehtiyac var.
Almaz İlahə
Təsisçi