dini radikalizm və ekstremizmlə mübarizə

UNUDULMUŞ ƏSGƏR KİMDİR???

UNUDULMUŞ ƏSGƏR KİMDİR???

Mən kiməm? -Vətənini ölümünə sevən əsgər...
Mən kiməm?- Vətənini Anası bilən, torpağını anası kimi qoruyan əsgər...
Mən kiməm ?- arzuları yarı yolda qalan gənc , anasını pərişan edən oğul, əlil arabasında çoxları tərəfindən hörmətlə salamlanan əsgər...
Mən kiməm?- Ürəyi Qarabağda qalan, döyüş eşqiylə çalxalanan bir gənc... Amma amansız talehin yarımçıq qoyduğu nakam əsgər.
Mən Azərbaycan Respublikasının əsgəriyəm və ölən günə kimi də hərbi geyimi əynimdən çıxarmayacağama söz vermişəm. Axı mən hərbiçi olaraq orduda qalacaqdım, düşmən tapdağı altında qalan torpaqlarımızı vandal ermənilərdən azad edəcəkdim. Mən Şəhid olacaqdım amma əlil olmaq talehimə yazıldı. Bu mən əsgərin istəmədiyi talehdir!
-Onun rəsmini sosial şəbəkədə Vətənpərvər Səftər Rəhimlinin paylaşımında gördüm. Kaş ki, bu əsgəri həyatda tanıyardım söylədim. 28.02.2019-cu il dəniz kənarında olarkən uzaqdan bir gəncin əlil arabasında hərbi geyimli bir nəfəri gətirdiyini gördüm, bu o idi. İlk öncə şükür Allah hər arzumu belə həyata keçir döylədim. 26.02.2019- cu il Xocalı faciəsinin 27-ci il dönümü günü paylaşılmış şəkil məni o qədər duyğulandırmışdı ki, qəlbən onu tanımaq arzusu iki gün sonra həyata keçəcəyinə inanmazdım. Amma Allah rəhimli olmaqla yanaşı möcüzələr yaradandır. İki gün sonra mən onu tanıdım və hal hazırda bir süfrədə oturaraq onun nakam, acı talehindən danışırıq. O, söhbət edir mənim barmaqlarım isə telefon düyməsi üzərində işləyir. 2012- ci ildə həqiqi hərbi xidmətə çağrılan İsmayılov Xəyyam Ağaməli oğlu hərbi xidmət zamanı keçirdiyi ciddi xəstəlikdən bir neçə ay ərzində əlilik keçirərk ömürlük əlil arabasına məhkum olub. O, Azərbaycan Respublikasına xidmətə yola düşərkən düşünməmişdi ki, geri gönərkən yarasız olaraq hər kəsə yük olacaq. Artıq 6 ildir ki, xəstəxanalar onun evi olub.
Xəyyam İsmayılov başını aşağı dikdi, gözləri bir nöqtəyə baxdı sonda dedi: Bilirsiz Almaz xanım hamıdan küsmüşəm dəfələrlə ölmək istəyərək özümə qəsd etmək istədim. Amma gözlərim önünə anam gəldi və 1 ci qrup ankoloji xəstə olan anamın ömrünə sayılı aylar qaldığını bilərək bu acını ona yaşatmağa haqqım olmadığını bildiyim üçün durdum. Qarabağ Əlillərinin bərpa ponsionatı, Azərbaycan Respublikasının Bərpa Mərkəzi və Protez Ortapedik Mərkəzi mənim daimi yaşayış yerimdir.
Bəlkədə sual doğuracaq deyəcəksini eviniz yoxdurmu?
Var, mən Cəlilabad şəhərinin Bədili kəndində anadan olmuşam ailəmizdə orada yaşayır. Qardaşım hərbiçi olduğu üçün evdə olmur. Anam isə ağır xəstədir ona baxan lazımdır . Yaşadığımız evdə şərait olmaması və müalicələrim Bakıda olduğu üçün kənddə qalmağım mümükün deyil. Məhz bu səbəbdən xəstəxanalrda ömrünü keçirirəm. Ümidim isə dövlətimə və rəhbərinədir. İnanıram ki, bir gün unudulan əsgər bir Vətənpərvərin diqqətini çəkəcək və mənimdə kiçikdə olsa bir evim olacaq. Axı mən əlil arabasına məhkum olaraq xəstəxana köşələrində yaşamağı arzu etməmişdim. 6 ildir ki, dustaqlar kimi gənckiyimi 4 divarda keçirirəm. Bu gündə sağlamlığım bərpa olarsa təkrar könüllü orduda xidmətə yola düşəcəm.

Almaz İlahə Əhmədova

UNUDULMUŞ ƏSGƏR KİMDİR???
UNUDULMUŞ ƏSGƏR KİMDİR???
UNUDULMUŞ ƏSGƏR KİMDİR???
UNUDULMUŞ ƏSGƏR KİMDİR???

Oxunub: 1 457
Oxşar xəbərlər
SON XƏBƏRLƏR