dini radikalizm və ekstremizmlə mübarizə

ERMƏNİ TERRORUNUN TÜRK DÜNYASINA ETDİKLƏRİ BAĞIŞLANILMAMALIDLR!!!

ERMƏNİ TERRORUNUN TÜRK DÜNYASINA ETDİKLƏRİ BAĞIŞLANILMAMALIDLR!!!

Məncə bu tarix əsirlər keçsə belə unudulmayacaq. Amma hər zaman içimizdə olan düşmən qüvvələr tərəfindən müxtəlif vasitələrlə tək Azərbaycan xalqının deyil Türk dünyasının başına gətirilən müsibətlər, terror faktlarına ermənipərəstlər tərəfindən müxtəlif don geyindirilib. Amma tarix tarix olarqq qalır və gec- tez gizli qalmış məqamlar belə aşkarlanaraq xalqa, millətə,dünyaya göstərilir. Mənim başəbəlalı xalqımın talehinə yazılan qara tarixlər isə çoxdur. Onlardan biri də Xocalı soyqırımıdır ki, — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımı törətdilər. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil etdiyi ortada idi. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olduğu sübuta yetirilsədə, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmiş olsada hələdə cinayətkarlar cəzasız qalır. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan vandal ermənilər tərəfindən mənimsənildi.“DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən həmkarım Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə alaraq həm zalqına həm dünyaya göstəriləcək faktları ortaya qoydu. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni vandallarından biri olan polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.
P.S. Mənim Vətınimdə elə bir ailə yoxdur ki, şəhid verməmiş olsun. Qarabağ torpaqlarının azadlığı uğrun minlərlə şəhidlər verdik, günahsız köpələr, qocalar vəhşicəsinə qətlə yetirildi. Bu terror aktı bir tək Xocalıda deyil, azərbaycanın işğal altında qalan torpaqlarının hər birində həyata keçirildi. Bu faciələrə nə Azərbaycan xalqı nı də Türk dünyası göz yummayacağına əminəm.

Almaz İlahə Əhmədova
Təsisçi

ERMƏNİ TERRORUNUN TÜRK DÜNYASINA ETDİKLƏRİ BAĞIŞLANILMAMALIDLR!!!

Oxunub: 756
Oxşar xəbərlər
SON XƏBƏRLƏR