dini radikalizm və ekstremizmlə mübarizə

Bütün Türk dünyasının tarixinə qanlı hərflərlə yazılmış bir faciədir Xocalı faciəsi

Bütün Türk dünyasının tarixinə qanlı hərflərlə yazılmış bir faciədir Xocalı faciəsi

Bütün Türk dünyasının tarixinə qanlı hərflərlə yazılmış bir faciədir Xocalı faciəsi. Daha doğrusu bir millətin soyqırımı kimi qiymətləndirilir. Hər il olduğu kimi bütün Türkdilli xalqların bizimlə bərabər bu ağır günlərimizdə birgə olması və eyni acını paylaşması təqdirə laiqdir.

Belə ki, rəhbərliyim altında hər il fevral ayının 26-da Rusiya Federasiyasının Tatarıstan vilayətinin Kazan şəhərində məhz bu gün üçün bir çox millətlərin nümayəndələrinin iştirakı ilə “Xocalı günü”, “Xocalı faciəsi” adı altında tədbirlərimiz keçirilir. Hər il olduğu kimi bu il də adəti üzrə fevral ayının 26-ı Kazan şəhərində “Miraj” otelinin konfrans zalında müxtəlif xalqların nümayəndələrinin (tatarların, rusların, çuvaşların və digər xalqların) iştirakı ilə 3 saatlıq böyük bir toplantı-tədbirimiz nəzərdə tutulur. Təbii ki, tədbirdə Azərbaycanın Tatarıstanda və Kazanda fəaliyyət göstərən bir çox ziyalıların;

-alimlərin, iş adamlarının, dövlət xadimlərinin iştirakı gözlənilir.Düşünürəm ki, dövlətimizin istər daxili, istər xarici uğurlu siyasətində hər bir azərbaycanlı bacardığı mənəvi köməkliyini, dəstəyini ömrümüzün ağrılı günləri üçün verməlidir. Diaspora və lobbiçilik prinsipləri əsasında atdığımız hər addımımız Azərbaycan naminə olmalıdır.

Doğrudur, əgər Cənab Ali Baş Komandanın əmri olarsa, biz hər birimiz o cəbhənin əsgəri olaraq torpaqlarımızın, vətənimizin azadlığı uğrunda döyüşməyə hazır olmalıyıq və hazırıq da. Bunlarla yanaşı biz həm də vətənimizin, xalqımızın, millətimizin haqqını ölkə hüdudlarından kənarda da qorumalıyıq və qorumalıyıq. Gələcək nəsillərə ötürüləcək tariximizi olduğu kimi çatdırmaq üçün maariflənməyəvə, milli təbliğata geniş yer verilməlidir. Həmçinin, sonradan dünyaya gələn azərbaycanlı körpələrə, o cümlədən azərbaycan övladlarına olan bu haqsızlıqlar ətraflı şəkildə aşılanmalıdır. Diaspora və lobbiçilik işlərimizi elə qurmalıyıq ki, dünya xalqları, dünya ictimaiyyəti erməni vandalizminin törətdiyi cinayətləri, o cümlədən Xocalı faciəsi haqqında bilgili olsunlar.

Düşünürəm ki, bu səpkidə erməni vəhşiliklərinin sübutu olaraq Azərbaycan respublikasının Xocalı şəhərində törədilmiş soyqırım faciəsi haqqında istər müraciətlər, istər tədbirlər, toplantılar, yürüşlər keçirmək böyük məna kəsb edir. Sonda bütün dünya ictimaiyyətini XX əsrin Xocalı faciəsinin üzərinə diqqət etmələrinə səsləyirəm!!!

Bir Azərbaycan övladı olaraq ümid edirəm ki, çox da uzaq olmasyan gələcək üçün cinayətkar ermənilər Beynəlxalq qanunlar qarşısında dünya ictimaiyyəti önündə cavab verəcəklər!


Sarraf Sabiroğlu Kərimov
Tatarıstan Respublikasının Diaspora rəhbəri, Terrorra,
İşğala və Soyqırıma qarşı Beynəlxalq forumun Rusiya nümayəndəliyinin rəhbəri

Oxunub: 1 584
Oxşar xəbərlər
SON XƏBƏRLƏR