O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi.
...27 il əvvəl bu radələrdə kimlərsə bizim kimi isti yatağında uzanıb yatarkən amma Xocalı sakinləri erməni quldur dəstələrinin vəhşicəsinə hucumu nəticəsinndə aramsız güllə yağışından qurtulmaq üçün ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutdular. Çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında çaş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin... Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan?
#JusticeForKhojaly26Fevral1992
#UnutmağaHaqqımızYoxdur!
Asim Yusifov