Hər cür mərhumiyyətlərə sinə gərib , son nəfəsində belə " Azərbaycan" deyən bir dahinin ...
Nəinki adının, hətta heykəlinin belə qorxu yaratdığı bir dühanın ..
" Qəlbinin dərdini kimlər dinləsin,
Səni sevən , sənsiz ömrü neyləsin" - deyən bir vətənsevərin ,
Adının tarixdən silinməsi üçün hər cür mübarizələr aparılan, lakin bütün bu təbliğatlara baxmayaraq, qəlblərdə özünəməxsus yer tutan bir insanın ..
Siyasi fəaliyyətinə görə 24 yaşında ikən Vətəndən ayrılmaq məcburiyyətində qalan bir azərbaycanlının..
Onun haqqında nə deyilibsə , nə deyiləcəksə - hər kəlmə, hər ifadə , hər söz böyüklüyünü və əzəmətini ifadə etməkdə acizdir.
Türk dünyasının lideri Atatürk Məhəmməd Əminə çox böyük rəğbət bəsləyir və ona yazdığı məktubda deyirdi:
" Mən dünyaya səndən üç sənə ərkən göz açmışam . Ancaq bütün Türk aləmində türkün İstiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırdım. Bayrak inmez , dedin, enməyəcəkdir. M.K.Atatürk .
Enməyəcək , bəli, dahi Şəxsiyyət qaldırdığın bayrağ heç bir zaman enməyəcək . Sən səni sevənlərin qəlbində ucalmış ən uca bayraqsan. Doğum günün, mübarək öndərim.
Mehriban Sadiqova