dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.

Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.

29 yanvar 2019-cu il tarixdə Biləsuvar Gənclər evində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində "Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin qalib olduğu "Sosial Müdafiə Akademiyası" layihəsinin növbəti təlimi keçirildi. Layihə rəhbəri Sahil Hüseynzadə çıxış edərək bildirdi ki, fiziki məhdudiyyətli şəxslərin sosial müdafiəsi və onların fiziki məhdudiyyətdən sosial inteqrasiyaya doğru irəliləmələri Azərbaycan hökumətinin qarşıya qoyduğu prioritet sahələrdən biridir. Heç kimə sirr deyil ki, fiziki məhdudiyyəti olan şəxslərə dövlətin diqqət və qayğısının artırılması üçün zəngin hüquqi baza da formalaşdırılıb. Bu hüquqi bazanın yaradılmasında əsas məqsəd fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya olunmasında onlara yardımçı olmaq və insanların bu məsələyə diqqətini çəkməkdir. Əlillərin təhsili üçün xüsusi şəraitin təmin edilməsi məqsədilə texniki-peşə məktəblərinin, texnikumların və ali məktəblərin əlillər üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir. Stasionar müalicə-profilaktika və ya bərpa müəssisələrində müalicə kursu keçən əlil uşaqlar üçün də dərs məşğələləri təşkil edilir. İstedadlı əlil uşaqların ümumi tədris müəssisələrində və ya xüsusi məktəbdənkənar tədris müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır. Əlillərin qəbul imtahanları verməsi üçün lazımi şərait yaradılır.
Daha sonra layihə təlimçisi Bəhruz Nəbili tərəfindən gənclərə mövzu ilə bağlı slayd nümayiş etdirildi və layihə ilə bağlı daha ətraflı məlumat verildi.
Sonda gəncləri maraqlandıran suallara aydınlıq gətirildi, təklifləri qeydə alındı. Təlimlərdə fəal iştirak edən gənclər Sertifikatla təltif olundular.

Elnur Hüseynli
Biləsuvar
Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.
Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.
Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.
Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.
Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.
Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.
Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.
Biləsuvar rayonunda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti təlimi keçirildi.

Oxunub: 1 111
Oxşar xəbərlər
SON XƏBƏRLƏR