Yeni həyat qadınlara humanitar yardım və sosyal dayaq ib.nin sədri gülərüzlü xoş aurası olan ekspert Nailə İsmayılova ilə bu günki görüşümüzü ofisdə yox açıq havada etdik. Qış fəsli olmasına baxmayaraq nazlı Bakının günəşli bir havası var idi. Biz də fürsətdən istifadə bu günəşli sakit havada həmsöhbət olaq dedik.
Nailə xanımı Yeni həyat ib nin sədri olmaqla yanaşı televiziya verilişlərində müstəqil ekspert kimi də çıxışlarından tanıyırıq. Söhbətimiz də cəmiyyət və qadınlar onların mədəni sosyal və məişət vəziyyətləri yönündə idi. Təkcə Bakı şəhərində deyil başqa bölgələrdə də xüsusi ilə kənd və qəsəbələrdə təşkil etdiyi görüş və tədbirlərdə, seminarlarda qadınlarla sıx sıx görüşən Nailə xanım görülən işlərdən hərtərəfli bəhs etdi. Bu illərə qədər iştirak etdiyi bölgələrdəki tədbir və görüşlərdə qadınların qarşılaşdığı sosyal və maddi çətinlikləri dilə gətirdi. Kimi zaman fərəh və sevinclə bəhs etsə də arada üzünü kədər buludu da alırdı Nailə xanımın. " Düzdür ilk başladığımız illərlə müqayisədə illər dəyişdikcə zamanla bir çox irəliləylər var. Qadınların peşə təhsili və ixtisas öyrənməsində, qızların təhsil alması və erkən nigah bağlamaması sahəsində xeyli maarifləndirmə işləri görülüb. Məişət zorakılığı, öz hüquqlarını öyrənmə və davranışlarla bağlı sahələrdə hər nə qədər görüş və söhbətlər olsa da yenə də boşluqlar və əksikliklər çoxdur" deyə təəssüf hissi ilə vurğuladı.
Çıxış yolunu nədə görürsüz sualıma : bu kimi sosyal yönümlü layihələr hərtərəfli inkişaf etdirilməli və mütəmadi olmalıdır. Gərək televiziya verilişləri, film və reklamlar, maarifləndirmə seminarları, bölgələrdə sıx sıx görüşlər keçirilməli ayrı ayrılıqda qız uşaqları və ata ana valideynlərlə söhbətlər olunmalıdır. Maddi mənəvi əl ələ çiyin çiyinə bütün təşkilatlar qanunlar birliklər medya birlikdə bu çətinliklərin və problemlərin öhdəsindən ancaq bu şəkildə gələ səmərəli nəticələr əldə edə bilərik"
Nailə xanım son zamanlarda böyük bir əzimlə üzərində çalışdığı günümüzün aktual mövzularından biri olan sağlamlıq imkanları məhdud uşaqlar və anaları ilə bağlı layihəsindən də saytımıza geniş məlumat verdi. Qeyd edim ki, Nailə xanımın təşkil etdiy 2018 ci ilin en son tədbiri də elə bu yöndə idi. Sayt olaraq bizim də iştirak etdiyimiz bu tədbir sağlamlıq imkanları məhdud uşaqlara dəstək məqsədli xeyriyə tədbiri idi.
2019 cu ildə də bu layihəni daha genişləndirmək fikrinə biz də qoşularaq bu cür faydalı bir layihəyə ölkəmizin xeyirxah niyətli düşüncəli humanist insanlarını qoşulmağa dəvət edirik. Sayt olaraq hər zaman bu kimi layihələrin yanındayıq deyərək görüşümüzü gözəl nəticələr diləyi və ümidlərlə yekunlaşdırdıq
Djb.az Məleykə Aslanzadə