Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.
Tərəflər icra edilən tədbirləri yüksək qiymətləndirərək bu cür qarşılıqlı səfərlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.