Uşaq, yeniyetmə və gənclərin maariflənməsində Azərbaycan Respublikası "Gəncliyə Yardım Fondu"nun da öz yeri, öz dəst-xətti var.Fondun əməkdaşları mütəmadi olaraq xeyriyyə tədbirləri keçirir, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi üçün əllərindən gələni əsirgəmirlər. Fondun vitse-prezidenti Salman Əmirxan oğlu Əliyev də bu amal uğrunda gərgin əmək sərf edir.El arasında "Qızıl ürəyə sahin insan"kimi tanınan Salman müəllim 3 dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində 50 mindən çox insanı ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən mühüm mükafata layiq görülüb."Milli Ordu-100" mükafatı Azərbaycan Cümhuriyyətinin və Silahlı Qüvvələrin 100 illik yubileyinə həsr edilib.
Biz, dəyərli Salman Əliyevi növbəti mükafata layiq görülməsi münasibətilə təbrik edirik.
Şamil Sabiroğlu,
Qarabağ qazisi, jurnalist.
Oxunub: 1 294