Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı Türkiyə dövlətində rəsmi şəkildə beynəlxalq təşkilat olaraq qeydiyyatdan keçib. Bu haqda təşkilatın mətbuat xidmətindən məlumat verilib: “Dünən təşkilatın növbəti iclası yüksək səviyyədə baş tutub. İclasda təşkilatın rəhbərliyi, ölkə koordinatorları iştirak edibilər. Keçirilən iclasda gündəlikdə duran məsələlər müzakirə olunub. Təşkilatın qeydiyyatı məsələsi isə günün əsas mövzusu olaraq nəzərdə saxlanılıb. Belə ki, yenidən səsvermə ilə Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının strukturu yerində saxlanılıb. Görülən işlər haqqında hesabat verilib. Yaxın zamanda təşkilatın yeni keçirəcəyi tədbir, o cümlədən, cari ildə qarşıda duran plan-təbdirlər üzərində geniş müzakirələr aparılıb. Təşkilatın əsas iş prinsipi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, təşkilatın konsepsiyasına uyğun şəkildə onun icrası yolunda bütün məsul şəxslərə, koordinator rəhbərlərinə daha məsuliyyətli, daha fəal icrası, iş bölgüsü tapşırığı verilib.
Sonda təşkilatın rəhbəri Sərraf Kərimov bütün təşkilat üzvlərini təbrik edərək hər birinə şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb”.
Samir Şivanzadə
BDAT nin mətbuat katibi
Oxunub: 1 013