dini radikalizm və ekstremizmlə mübarizə

Son qəmin olsun, Vətən!

Son qəmin olsun, Vətən!
"Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə igid olsa
Gedərmi ordu bada..."

Məşhur el bayatısını xatırlamaqda məqsədimiz var. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayandan sonra ölkəmizin müxtəlif bölgələrindən Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd bölgələrə könüllü gənclər və digər yaş kateqoriyasından olan soydaşlarımız gəldi.Onlar imkanları daxilində doğma yurddaşlarımızın köməyinə yetməyə çalışdılar.
Hazırda həmin insanların çoxu ya o dünyadadı, ya həbsxanadadı, yada ki, fani dünyada baxımsızlığın qurbanıdır. Oktyabrın 16-sı sübh tezdən daha bir qeyrətli el oğlumuzu itirdik.Bu, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovdur.Etimad müəllim daim əzilənin yanında olub.O, müharibə əlillərinin hüquqlarını müdafiə edir, Təşkilat üzvlərinə zəruri dəstək göstərməyə çalışardı.Səmimi etiraf edək ki, Etimad müəllim əsl sərkərdə, yüksək təşkilatçılıq qabiliyyətinə malik insan idi.
Biz, Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının rəhbərləri və fəalları, habelə, ictimaiyyət nümayəndələri adından dəyərli Etimad Əsədovun ailə üzvlərinə və bütün dostlarına dərin hüznlə başsağlığı veririk.
Xatırladırıq ki, Etimad Əsədov bizim qəlbimizdə daim yaşayacaq.
Məzarı nurla dolsun.Amin.
Səmimi hörmətlə,

Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri;
Hacı Ədalət Məhərrəmov,

Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili;

Sultan Əzimzadə, 20 Yanvar İctimai Birliyinin sədri;

Naibə Behbudova, "Qürur"Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, Şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı;

Əkrəm Bəydəmirli, "Sosial Rifah və Tədqiqatlar"ictimai birliyinin sədri, "fact-info.az" saytının baş redaktoru;

Adil Nəsibov, "Bəhram Nəsibov Yaradıcılığının Təbliği"ictimai birliyinin sədri.

Oxunub: 790
Oxşar xəbərlər
SON XƏBƏRLƏR