dini radikalizm və ekstremizmlə mübarizə

Haftoni Qəsəbə məscidi

Haftoni Qəsəbə məscidi

Yerli əhəmiyyətli memarlıq abidəsidir.Əvvəllər Haftoni qəsəbəsində məscid olmamışdır.Çün ki,Haftoni qədim kənd deyil.Haftoni qəsəbəsinin özünün qurulması inqilabdan sonrakı dövürlərə təsadüf etdiyinə görə sovet hakimiyyəti dövründə bu mümükün olmamaımışdır.Lakin məhərrəm aylarında camaat evlərdə qurulan təkyələrə yığışmışdırr.Haftoni qəsəbə məscidi Haftoni-Lənkəran ana şose yolunun Haftoni qəbirsanlığı bərabərliyində ,sol tərəfdə yerləşir.Məscidin tikilməsi Əmirov Mərdiəlinin adı ilə bağlıdır.Çünki Haftoni qəsəbəsində məscidin tikilməsinə səbəbkar odur.İstər materialların tədarük olunmasında ,istərsə də binanın tikilməsində Mərdiəli kişinin əməyi və zəhməti böyükdür.Məscid binasının tikilməsində Haftoni sakinlərindən Baxşiyev Əlixan,Baxşiyev Xeybər,Rzayev Seyfulla,Niyazov Xankişi,Rzayev Məhərrəm,Şirvan kişi və başqaları olmuşlar.Məscid tikilib qurtardıqdan sonra Mərdiəli kişi dünyasını dəyişmişdir.Bundan əlavə məsciddə Heybət kişinin əməyi də böyükdür.Belə ki,o məscidin ağardılmasında iştirak etmiş ,məscid üçün 3 ədəd çilçıraq və 200 ədəd boşqab,52 ədəd piyalə ,elektrik avadanlığı və sair almışdır.Məscidin ətrafında olan daş və dəmir hasarın tikilməsi də Heybət kişinin adı ilə bağlıdır.Məscidin çöl hissəsindəki pilləkənin düzəldilməsində Mənsimov Mais,Əliyev Əlirzanın əməyi danlmazdır.Hftoni məscidi beş daş üzərində qırmızı bişmiş kərpiclərdən tkilmişdir.Məscidin hər iki yan tərəflərində iki ədəd,toplum dörd ədəd üç xanalı hündür pəncərə yerləşir və pəncərələrin hündürlüyü 2,5,eni isə 1,60 sm dir.Məscidin ön hissəsində isə dörd üçlaylı pəncərə var və bu pəncərələrin də ölcüsü digər pəncərələrin ölçüsü ilə eynidir.Ümumiyyətlə Haftoni məscidinin bütün pəncərələrinin üst hissəsi orta əsr müsəlman məscidlərində olduğu kimi yarımdairəvi aypara şəklindədəir.Məscidin qabaq tərəfində,sağ və sol küncündə iki eyni ölçüdə giriş qapısı var və bu giriş qapılarının ətrafı qırmızı bişmiş kərpiclərdən hörülmüşdür.Pilləkənlərin damı isə dəmir materialından yarımgünbəz formasındadır və bu yarımgünbəzləriin qabaq hissəsində yarımgünəş təsfirləri vardır.Bundan əlavə Haftoni məscidinin iki enli daş pilləkənləri vardır ki,bu da möminlərin məscidə rahat girişini təmin edir.Ətrafı kərpiclə hörülmüş pilləkənlərin hər ikisinin sağ və sol hissələrində 50X40 ölçüsündə iki pəncərə ,toplum dörd pəncərə yerləşir.Məscidin qırmızı kərpiclərinin arası kənd ustaları tərəfindən qalın bətkəşlə hörülmüş və bu da məscidə xüsusi gözəllik verir.Məscid pəncərələrinin yuxarı hissəsində ,qarşı tərəfdə ağ kərpiclərdən 1990-cı il yazılmışdır ki,bu da məscidin tikilmə tarixidir.Sonra isə şərq memarlıq üslubunda ağ kərpiclərdən xüsusi naxışlar salınmışdır.Məscidin ön hissəsində ,hər iki pilləkənin arasında abdəst yeri vardır.Məscidin damı kirəmitdəndir.Haftoni məscidinin içərisi xüsusi pərdələrlə iki hissəyə ayrılmışdır və az hissəı qadınlar üçün,çox hissə isə kişilər üçün nəzərdə tutulmuşdur.Məscidin ortasında minbər var.Bundan əlavə məscidin içində ağac materiallarından xüsusi ustalıqla yonulmuş 3 dirək var.Məscid tavanı da, yerli ustalar tərəfindən xüsusi ustalıqla ağac materialları ilə hörülmüşdür.Haftoni məscidinin hal –hazırkı axundu molla Rza Rzayevdir.
Rzayev Rza Haftoni qəsəbəsində doğlmçuşdur.O.Haftoni məktəbini bitirmiş və sonra da dinlə məşğul olmuşdur.Hacı Rza DQDK-sinin Lənkəran şöbəsio tərəfində Haftoni məscidinə axund təyin edilmişdir.

Tədqiqatçı-Tarixçi Aqşin Mistanlı

Oxunub: 1 361
Oxşar xəbərlər
SON XƏBƏRLƏR