dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİDİM RƏŞİD MEHTİYEV

ŞƏHİDİM RƏŞİD MEHTİYEV
Əksər hallarda gənclərin ölümü ilə razılaşmayanda deyirik, fələyin beli sınsın. Amma fələy övladlarımızı vaxtsız almaqla biz valideyinlərin qəddin əyirək belin sındırır.
Bu illər ərzində fələy saysız hesabsız evlər yıxdı, ölümü ucuzlaşdırdı o qədər gəncləri vaxtsız apardı ki, sanki dərd bizi dərd ocağında qovuraraq bərkitdi, mətinləşdirdi. Yanmağımızla ətrafımızı yandırdıq, bizi sevənləri, dərdimizə yaxın olanları belə qərq etdik göz yaşlarına. Beləcə fələyin verdiyi dərdə alışdıq, hər gələn şəhidə Allah rəhmət etsin deməklə borcumuzu vermiş olduğumuzu sandıq. Amma bu heç də belə deyil. Bir şəhidin dəfni bir nəslin hüzünü ağrı acısı, bir ailənin dəfnidir. İndi görün güşmən bizə necə toy tutub, necə toy çalıb fəryadımız ərşə çatsada bəzi məmurlara hələ də çatmayıb. Bilirsiz niyə? Onlar hələ övlad acısın dadmayıblar, o dərd onlarıda sarsa bəzi boşboğazlar şəhid analarına yol göstərməz, müxtəlif yalançı vədlərlə get gələ salmazlar. İnsanları hakimiyyətdən, dövlətdən incik salmazlar.
Xülasə bir bildiyim var hər dəfə şəhid haqqında yazmaq istəyəndə dünyam qara rəngə boyanır rəsmlərin incələyirəm.İstər- istəməz ağlımdan ilk keçən sual bu olur, görəsən arzuları nə idi? Beləcə arzusu yarı olanların birindən yazdım bu gün. Rəşidin də hər bir gənc kimi arzuları sonsuz idi. Sevdiyi qızı anasına gəlin gətirməyi düşünərkən düşmən sman vermədi. Ondan sonra onu sevən qəz onum rəsmləri i bəzədi evini. Onlu günlərə sarıldı, qəhrəmanının xatirəsini əbədiləşdirməyə şalışdı.
Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul tarixində Salyan rayonunun Xələc kəndində dünyaya göz açır. Ailənin yeganə oğul övladı olan Rəşid Mehdiyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdu.
Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Almaz İlahə
Təsisçi

ŞƏHİDİM RƏŞİD MEHTİYEV
ŞƏHİDİM RƏŞİD MEHTİYEV

Oxunub: 1 324
Oxşar xəbərlər
SON XƏBƏRLƏR