dini radikalizm və ekstremizmlə mübarizə

Allahın rənginə boyanın!

Allahın rənginə boyanın!
Quluna istəmək qabiliyyətini verən Allah ya onun istədiyini verməyi istəyib, ya da bu istədiyi ilə qulunu imtahana çəkir. Amma bəndə də əmin olmalıdır ki, ədəblə istəyib, ədəbli istəyib, ədəbi istəyib, qovuşmamaq yoxdur.

Allahı sevməyin meyvəsi bəndəni sevməkdir, bəndəni sevməyin varacağı mənzil Allahı sevməkdir. Qulun Allahı sevməsi Allahın qula ən böyük lütfüdür. Uca Rəbb hansı qəlbə özünü sevdirirsə, o qəlbi cənnət bağçasına çevirər.

Allahın ipinə sarılın!

Allahın rənginə boyanın!

Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. Qurana sarılın demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır.

Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah. /yeniavaz.com/

Oxunub: 835
Oxşar xəbərlər
SON XƏBƏRLƏR